Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verib - FOTO

Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verib - FOTONeft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, may-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 2020-ci ilin dekabrınadək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclaslarının hər ay keçirilməsi zəruri hesab edilib. Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclası isə 18 iyuna təyin edilib.
Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barrel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barrel azaldacaqlar. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını əlavə olaraq, təxminən, 1,2 mln. barrel həcmində ixtisar edəcəklər.
Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barrel səviyyəsində saxlamalıdır.
İclasda çıxışı zamanı Energetika naziri Pərviz Şahbazov neft bazarında böhran və tələb-təklif arasındakı disbalansa görə mövcud istehsal məhdudiyyətlərinin uzadılması ilə bağlı qərara Azərbaycanın dəstəyini ifadə edib. Nazir deyib ki, neftə tələbatı artıran iqtisadi aktivlik və bazarda balans bərpa olunana qədər hasilatın tənzimlənməsinə həssas və çevik yanaşma davam etməlidir. "OPEC plus" formatı çərçivəsində neft bazarının sabitləşdirilməsi məqsədli bütün təşəbbüsləri dəstəkləyən Azərbaycan may ayında öhdəliklərinin yüksək səviyyədə icrasına nail olub."
Müzakirələr zamanı iclasın sədri Səudiyyə Ərəbistanın Energetika naziri şahzadə Əbdül Əziz bin Salman Azərbaycanın neft bazarının tənzimlənməsindəki rolunu yüksək qiymətləndirib.
Qeyd edək ki, aprel ayının 12-də "OPEC plus" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barrel, iyul-dekabrda 7,7 mln. barrel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barrel azaldılmasını nəzərdə tuturdu.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 07 iyun 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele valyuta mezennesi 2026 cəbhədən son vəziyyət son xeberler bugun 2026 muharibe