Azərbaycan nefti sürətlə bahalaşır: Artıma səbəb nədir?
Son vaxtlar Azərbaycan neftinin qiymətində artım müşahidə olunur. Artıq Azərbaycan neftinin qiyməti 100 dolları keçdi.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,13 ABŞ dolları, yaxud 3,21 % artaraq 100,76 ABŞ dollarına çatıb.
Bəs bu artım nə ilə əlaqədardır və neftin qiyməti daha nə qədər arta bilər?
İqtisadçı ekspert Eldəniz Əmirov azxeber.com-a açıqlamasında artımın səbəblərindən danışıb:
"Neft qiymətlərinin hazırki vəziyyətində olmasının birinci səbəbi iqtisadi aktivliyin sürətlə artmasıdır. Digər bir səbəb OPEK+ ölkələrinin aktivliyin bu səviyyəyə qalxmasına rəğmən hələ də məhdudiyətlərin tamamilə aradan qaldırılmamasıdır. Çünki OPEK+ ölkələri hələ məhdudiyyətləri birbaşa deyil, hər ay üzrə 400 min barel olmaqla aradan qaldırır. Bu da neftə yaranmış təlabatın tamamilə ödənilməsi istiqamətində bir sıra problemlər yaradır.
Digər bir məsələ, Rusiya və Ukrayna arasında olan gərginliyin pik həddə çatması, qarşıdakı proseslərin proqnozlaşdıırlmasında, yəni hərbi müdaxilənin olub-olmayacağı ilə bağlı proseslərin proqnozlaşdırılmasında çətinliyin yaranması və digər məsələlər vardır ki, ümumiyyətlə, perspektivi, yəni yaxın gələcəydə neftə olan tələbatın hansı formada dəyişəcəyini proqnozlaşdırmağa və bu tələbi ödəyəcək neft hasilatının hansı səviyyədə olacağını proqnozlaşdırmağa çətinlik yaradır. Buna görə də, neftə olan tələbat daha da artır".
Ekspertin sözlərinə görə, qiymət artımının davamlı olaraq artacağını gözlənilmir:
"Tələbatın artması fonunda da, təbii olaraq neft qiymətlərinin artıq yüz dollar keçməsi gözlənilən idi və bu da baş verdi. Amma bu qiymət artımının davamlı olaraq artacağını gözləmirəm. Düşünürəm ki, müəyyən qədər ola bilər ki, artsın, amma sonrakı prosesdə qiymət dalğalanması baş verəcək".
Aydın Nuri

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR