Azərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olub - FOTOLAR

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana işgüzar səfər çərçivəsində "Altynken" qızıl mədəni və "Kyrgyzaltyn" şirkətinin Kara-Balta şəhərində yerləşən affinaj zavodunu ziyarət edib. 
Nümayəndə heyəti Qırğızıstanın Çuy vilayətində yerləşən "Altynken" mədəninin fəaliyyəti, istehsalat infrastrukturu və qızıl hasilatının əsas mərhələləri ilə tanış olub. Mütəxəssislər filizin şaxta üsulu ilə karxanadan istehsal sahələrinə daşınması, emalı və digər texnoloji proseslər barədə məlumat veriblər. Bildirilib ki, "Altynken" qızıl mədəni Qırğızıstanın "Kyrgyzaltyn" şirkəti ilə Çinin iri mədənçilik korporasiyası "Zijin Mining" arasında yaradılmış birgə müəssisə tərəfindən 2016-cı ildən etibarən istismar olunur. 
Səfər zamanı istehsal sahələrinə baxış keçirilib, filizin emalı texnologiyası, tətbiq olunan texniki həllər və sənaye təhlükəsizliyi standartları ilə tanışlıq olub. Tərəflər arasında mədən sənayesi, qızıl hasilatı və istehsal prosesləri üzrə təcrübə mübadiləsi aparılıb, müasir texnologiyaların tətbiqi və gələcək əməkdaşlıq imkanları ilə bağlı müzakirələr keçirilib.
Daha sonra nümayəndə heyəti Kara-Balta şəhərində yerləşən affinaj zavoduna baş çəkib. Burada istehsal infrastrukturu və texnoloji proseslər, laboratoriya və keyfiyyətə nəzarət sistemləri, təhlükəsizlik standartları, eləcə də ekoloji və istehsalat tələbləri barədə məlumat verilib.
Qonaqlar qızıl külçələrin istehsal sahəsinə baxış keçirərək məhsulların hazırlanması prosesi ilə tanış olublar. Mütəxəssislər qızıl məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, həmçinin istehsal prosesinin əsas mərhələləri barədə məlumat veriblər. 
Səfər çərçivəsində tərəflər qızıl sənayesində istehsal texnologiyalarının tətbiqi, qabaqcıl təcrübələrin öyrənilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, səfər "AzerGold" QSC ilə "Kyrgyzaltyn" ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında imzalanmış Memorandum çərçivəsində həyata keçirilib.

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda Azərbaycan nümayəndə heyəti Qırğızıstanda Azərbaycan nümayəndə heyəti Qırğızıstanda Azərbaycan nümayəndə heyəti Qırğızıstanda Azərbaycan nümayəndə heyəti Qırğızıstanda Azərbaycan nümayəndə heyəti Qırğızıstanda Azərbaycan nümayəndə heyəti Qırğızıstanda Azərbaycan nümayəndə heyəti Qırğızıstanda Azərbaycan nümayəndə heyəti Qırğızıstanda Azərbaycan nümayəndə heyəti Qırğızıstanda / azxeber.com

İqtisadiyyat       Tarix: 15 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler valyuta məzənnələri sonxəbər son xeberler 2026