Azərbaycan öz hədəflərinə çatan ölkədir

Azərbaycan öz hədəflərinə çatan ölkədirAzərbaycanın dünyanın getdikcə inkişaf edən dövlətə çevrilməsində rol oynayan amillərdən biri də cənab İlham Əliyevin daxili siyasət üzrə yürütdüyü uğurlu strategiyadır. 2021-ci ildə milli-siyasi birliyini daha da gücləndirməyə nail olan dövlətimiz bununla yalnız ölkə daxilində deyil, regionda da sabitliyin təmininə töhfə verib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yerli televiziya kanallarına geniş müsahibəsində bir daha aydın oldu ki, 2021-ci ildə ölkəmiz iqtisadi və sosial sahədə müsbət makroiqtisadi göstəricilərə nail olub, beynəlxalq müstəvidə respublikamızın milli maraqları qətiyyətlə təmin olunub.
Müharibə zamanı beynəlxalq ictimaiyyət erməni barbarlığının şahidi oldu. Hədəfi yaşayış kompleksləri olan Gəncə şəhərinə tuşlanan ballistik raketlərin gecə vaxtı insanların yatdığı vədədə bir dəfə yox, bir neçə dəfə atılmasını vaxtında və real görüntülərlə yerli və xarici media nümayəndələri beynəlxalq ictimaiyyətə çatdırdılar. Ermənilər günahsız mülki insanları öldürdülər, beynəlxalq ictimaiyyətin gözü qarşısında şəhər və kəndlərimizi hər gün ballistik raketlərlə bombaladılar, artilleriya atəşinə tutdular. Təkcə Tərtər şəhərinə 16 min bomba atılmışdı. Bərdəni, Naftalanı raket atəşinə tutdular.
Mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətindən xəbər verirdi. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Fransa prezidentliyinə namizədin Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib. Dövlət başçısı bildirib ki, bu bəyanatların səbəbi də aydındır, növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır: "Prezident Makron müharibə zamanı Ermənistana dəstək verən ən qabaqcıl siyasətçi idi və hətta məsələ o yerə çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri də artıq sual altına düşmüşdü. Buna baxmayaraq, bütün müharibə dövründə o, birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Mən təəccüb edirəm ki, Paşinyan tərəfindən indi nə dərəcədə nankorluq göstərilir, ona əsas rəqib olan xanım Pekres Qarabağa göndərilir və beləliklə, erməni səslərinin qazanılmasında onun daha böyük imkanları yaranır. Yəni məni təəccübləndirən budur. İkincisi, bir daha demək istəyirəm ki, bu, heç nəyi dəyişməyəcək".
Bu gün böyük ölkələr artıq açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün əhəmiyyət daşımır. Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Dövlət başçısının da qeyd etdiyi kimi, artıq dünyada beynəlxalq hüquq yox, güc amili böyük rol oynayır.
Azərbaycan pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkədir. Azərbaycan dövləti özünün dərinməzmunlu sosial siyasətinə uyğun olaraq hər zaman çətin vaxtlarda vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir. Biz dövlətimizin, şəxsən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə formalaşan və yüksək vətəndaş məmnunluğu yaradan bu gözəl ənənəyə yeni növ koronavirus pandemiyası şəraitində də sadiq qaldığının şahidi oluruq. Azərbaycan dövləti respublikamızda təhlükəli virusa ilk yoluxma faktı qeydə alınandan etibarən pandemiya ilə mübarizə məsələsinə həssas yanaşma sərgiləyir.
Pandemiya ilə mübarizə hələ də davam edir. Virusa yoluxma tablosunda hər gün ölüm hallarının baş verdiyini görürük. Bu, o deməkdir ki, virus ilk günlərdə olduğu kimi can almağa davam edir. Eyni zamanda yeni ştammların meydana çıxması təhlükənin hələ də qaldığını göstərir. Azərbaycan COVID-19-la fəal mübarizə aparan ölkələrdən biridir.
Azərbaycanın dünyadakı nüfuzu ilbəil artmaqda davam etməkdədir. Bütün bunlar dövlət başçısının apardığı rasional və praqmatik daxili və xarici siyasətlə bağlıdır. Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və onun yanındadır. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik.
Naftalan şəhər sakini: Afət Mustafayeva

Siyasi       Tarix: 17 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər sou biznes bu gune olan xeberler son.xeberler