Azərbaycan – Özbəkistan əlaqələri yeni dönəmə qədəm qoyur

Azərbaycan – Özbəkistan əlaqələri yeni dönəmə qədəm qoyurAzərbaycanın xarici siyasət doktrinasında qonşu ölkələr, region, bütövlükə Avrasiya məkanında tərəfdaşlıq əlaqələrinin inkişafına strateji baxışlardan yanaşır. Son 20 ildə  aparılan praqmatik siyasət bu baxımdan  yeni  reallıqlar yaradıb. Əlbəttə, hər bir dövlət buna can atır, amma,  çox zaman natamamlıq kompleksi ilə üzləşir. Ona görə də bu gün Azərbaycanın atdığı addımlar geosiyasi arxitekturada nümunə kimi qəbul edilir. Bəs, digər ölkələrin illərlə əldə etmək istədiyini Azərbaycan necə gerçəyə çevirə bilir? Bu, bir neçə mühüm amillə şərtlənir. İlk növbədə:
–Azərbaycan müstəqil, həm də nəticəyönümlü xarici siyasət aparır,
-fəal diplomatiyası güclü iqtisadi əsaslara malikdir,
-bərbərhüquqlu tərəfdaşlıq və ortaq maraqları əsas prioritet hesab edir  və s.
Müxtəlif siyasi və iqtisadii platformalarda Azərbaycanın  uğur düsturu məhz yuxarıdakı amillərlə birbaşa bağlıdır. Mərkəzi və Şərqi Avropa ,həmçinin, Məkəzi Asiya ölkələri ilə  münasibətlərin strateji xarakteri bir daha onu sübut edir ki, Azərbaycan yerləşdiyi coğrafiyaya əməkdaşlıq məkanı kimi baxır. Sözügedən tendensiyanı Türk Dövlətləri Təşkilatı, Mərkəzi Asiya və digər platformalarda təşviq edir. Təbii ki, bütün bunlar ölkənin siyasi nüfuz göstəricisidir və  ona marağı artırır. Türkiyə ilə strateji müttəfiqlik, Rusiya ilə müttəfiqlik qarışılıqlı fəaliyyəti ,Çinlə strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamələr məhz bu, kontekstdə qiymətləndirilir. Azərbaycan həm də, digər bir platforma – "5+1" platformasının yaradılması, yəni Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazın vahid geosiyasi vektora çevrilməsində fəal iştirakçıdır. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin  detallarının bu baxımdan geniş şərhə ehtiyacı var. Əvvəla, səfərin başlıca yekunu iki qardaş dövlət arasında
-strateji tərəfdaşlıq münasibətlərinin rəsmən  müttəfiqlik səviyyəsinə qalxamsı ilə bağlı müqavilənin imzalanmasıdır;
Yeri gəlmişkən, Özbəkistan çox az ölkə ilə analoji müqaviləyə malikdir. Azərbaycan ilə qısa müddət ərzində belə bir müqavilənin imzalanması ölkəmizə verilən önəm, rəsmi Bakının regional və qlobal çəkisinin göstəricisidir
– Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası  çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna yeni məzmun gətirdi
İmzalanan sənədlər, 20 yeni istiqamət götürmək üzrə əldə olunan razılıq məkdaşlığın  real yol xəritəsini müəyyənləşdirdi
-həmçinin, nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən Trans-Xəzər dəhlizinin inkişafı vasitəsilə birgə səyləri davam etdirilməsi – səfərin mühüm yekunlarından biri hesab olunmalıdır. Qeyd etmək, lazımdır ki, bu marşrut Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqaz geosiyasi oxunda, həmçinin bütövlükdə Avrasiya coğrafiyasında əsas drayver kimi çıxış edə bilər . Eyni zamanda, regionun potensialnın realizə olunmasında birləşdirici tendensiyanı gücləndirək. Xüsusilə, indiki mürəkkəb geosiyasi dinamikada buna ciddi ehtiyac duyulur. Azərbaycan bu tendensiya və iqtisadi layihələr portfelini rasionallığını həm də praktik addımlarla möhkəmləndirir. Azərbaycan və Özbəkistan Prezidentlərinin mətbuata bəyanatlarınada
– Birgə İnvestisiya Fondunun kapitalını artırmaq lazım gələcək, artıq eşitdiyimiz kimi, layihələrə 500 milyon ayrılıb,-fikri həm hər iki ölkə, həmçinin üçüncü ölkələrdə birgə iş, eyni zamanda, iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrin konkret məzmunla zənginləşdirilməsini nəzərdə tutur. Azərbaycan Cənubi Qafqazın həlledici ölkəsi olması, Şəqrlə – Qərb, Şimalla Cənub arasında körpü rolunda çıxış etməsi, enerji,   nəqliyyat dəhlizləri nəzərdə tutulan hədəflərin reallığına stimul verir.Burada vacib məqamlardan biri də bərpa olunan enerji- yaşıl iqtisadiyyata keçid strategiyasında Azərbaycanın yeni dəhliz təşəbbüsüdür ki, Özbəkistan resursları ilə burada fəal iştirak edə bilər. Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin qısaca yekunu bundan ibarətdir ki, Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir. Müsbət proseslərin dinamizmi isə qarışılıqlı əməkdaşlıq , strateji hədəflərə birgə baxış və birgə səylərdən keçir.
Əlibala Məhərrəmzadə
İqtisad Elmləri doktoru, professor
59 saylı Quba Seçki Dairəsi üzrə deputatlığa namizəd / azxeber.com

Siyasi       Tarix: 24 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber 2026 sou biznes xeber.az 2026 xeber.az bu gun