Azərbaycan-Özbəkistan müttəfiqliyi və Orta Dəhliz üzərində mühüm mövqe - Azər Niftiyev yazır
Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil, milli maraqlara söykənən çoxvektorlu xarici siyasət kursu uğurla davam edir.
Özbəkistanla imzaladığımız müttəfiqlik müqaviləsi əldə etdiyimiz növbəti diplomatik uğurdur. Nəzərə alsaq ki, hər iki ölkə dərin köklərə, mənəvi dəyərlər və eyni dil-din qrupuna aiddir, bu müqavilə qardaş dövlətlər arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.
Son illərdə iki qardaş və dost ölkə arasında artan təmaslar, siyasi, iqtisadi, hüquqi, ticarət, hərbi və humanitar müstəvidə rəsmi səviyyədə razılaşma, eləcə də təmasların toplu şəklində Prezidentlərin tərəfindən müqavilə formasında təsdiqi zəruri və strateji siyasi sənəddir.
İmzalanma mərasimində Prezident İlham Əliyevin Azərbaycanla qardaş Türkiyə arasında 2021-ci ilin iyunun 15-də imzalanan "Şuşa Bəyannaməsi"ndən sonra bildirmişdim ki, müttəfiqlik haqqında növbəti müqavilə imzalayacağımız ölkə Özbəkistan olacaq bəyanatı bu sənədin gələcək regional qərarların da qəbulunda strateji baxımdan ciddi əhəmiyyət kəsb edəcəyini söyləməyə əsas verir.
Beynəlxalq münasibətlər sistemi gərgindir. Dünya gücləri arasında çəkişmələr artır. Ölkəmiz isə belə bir həssas məqamda dünyadakı rolunu artırır. Bu, müdrik xarici siyasətin təzahürüdür. Tarixi Zəfərin əldə edilməsində ən mühüm amillərdən biri budur. Çinin liderinin "Bir kəmər, bir yol" layihəsində İlham Əliyevin rolunu xüsusi vurğulaması, Çin xalqı üçün dost olduğunu bəyan etməsi, ölkəyə səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinin Bakını regionun vahəsi adlandırması, dünya miqyasında əhəmiyyəti artan Azərbaycan bunun bariz nümunəsidir.
Azərbaycan və Özbəkistan arasındakı müqavilə hər iki qardaş ölkənin Orta Dəhliz üzərindəki mövqeyini də gücləndirir.
Azər Niftiyev / azxeber.com

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb