Azərbaycan Özbəkistanla bu sahədə əməkdaşlığa başlayır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Özbəkistanın "Stars International University" arasında Anlaşma Memorandumu imzalanıb.
KONKRET.az "Azərkosmos"a istinadən xəbər verir ki, sənəd iki ölkə arasında təhsil, elmi tədqiqat və kosmik sahənin inkişafı istiqamətlərində qarşılıqlı faydalı əməkdaşlığı artırmaq məqsədini daşıyır.
Anlaşma Memorandumu, həmçinin kosmik sahədə təcrübə və bilik mübadiləsi, İKT sahəsində iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığın inkişafını təmin etmək üçün imzalanıb. Bu razılaşma çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdə tutulur.
Tərəflər təhsildə əməkdaşlıq və kadr hazırlığı, elmi tədqiqat və akademik əməkdaşlıq, universitetin təhsil üzrə rəqəmsal platformalarından istifadə, "Azerkosmos"un təlim və məsləhət xidmətlərinin Özbəkistanda təşviqi, telekommunikasiya, kosmik texnologiyaların ticarət və kommersiya sahələrində istifadəsi, yerin müşahidəsi və telekommunikasiya xidmətlərinin birgə inkişafı üzrə əməkdaşlıq edəcəklər.
İmzalanma mərasimi Bakıda "Azərkosmos"un ev sahibliyi ilə keçirilən Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub. STC zamanı "Azərkosmos" 10-a yaxın Anlaşma Memorandumu imzalayıb.

Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir