Azərbaycan Prezidenti Cevdet Yılmazı qəbul etdi - FOTOLAR

Azərbaycan Prezidenti Cevdet Yılmazı qəbul etdi - FOTOLARAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
azxeber.com xəbər verir ki, Cevdet Yılmaz Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Cevdet Yılmaz Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, məhz bunun Şuşa Bəyannaməsinin əsas prinsiplərindən biri olduğunu vurğulayıb.
Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin hər zaman Türkiyənin yanında olduğunu deyib.
Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərlərin münasibətlərimizin daha da genişlənməsi işinə töhfə verdiyi bildirilib.
Söhbət zamanı Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün keçirilməsinin əhəmiyyətinə toxunulub, bu tədbirin təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulanıb.
Cevdet Yılmaz bu toplantıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin iştirakını da məmnunluqla qeyd edərək, buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yüksək səviyyədə keçirildiyini və həmin tədbirdə yaxşı nəticələrin əldə edildiyini deyən qonaq, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyinin uğurlu olduğunu vurğulayıb.
Görüş zamanı, həmçinin Azərbaycanla Türkiyə arasında ikitərəfli əməkdaşlığın perspektivləri, regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti Cevdet Yılmazı qəbul etdi - FOTOLARAzərbaycan Prezidenti Cevdet Yılmazı qəbul etdi - FOTOLARAzərbaycan Prezidenti Cevdet Yılmazı qəbul etdi - FOTOLAR

Siyasi       Tarix: 02 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər cəbhədən son durum xeberler bu qun gunun xeberleri