Azərbaycan Prezidenti "Energy China" şirkətinin sədri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "China Energy Engineering Corporation Limited" ("Energy China") şirkətinin sədri Sonq Hailianq ilə görüşüb.
Qeyd olunub ki, görüşdə "China Energy Engineering Corporation Limited" şirkətinin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulandı. Qeyd edildi ki, şirkət Xəzər dənizində 1 gigavat külək enerjisi mega layihəsinin podratçısıdır. Füzuli rayonunda günəş enerjisi və digər layihələrə isə "China Energy Engineering Corporation Limited" investisiya yatırıb.
Sonq Hailianq rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizlərində əməkdaşlıqla bağlı təkliflərlə çıxış etdi.
Dövlətimizim başçısı "China Energy Engineering Corporation Limited" şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxundu.
Söhbət zamanı birgə uzunmüddətli enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb.
Görüşdə Azərbaycanda gələcəkdə Enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olundu. Şirkətin suyun idarəedilməsində böyük təcrübəsi nəzərə alınaraq bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, fəaliyyət dairəsinə bərpa olunan enerji layihələri ilə yanaşı, hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər daxil olan şirkətin 147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpaolunan enerji bazarının 50%-nə nəzarət edir.


/ azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir