Azərbaycan Prezidenti: "Erməni barbarlığının və vandalizminin miqyası heyrət doğurur
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edənlər erməni barbarlığının və vandalizminin miqyasından heyrətə gəlirlər".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı bildirib ki, bir sıra xarici nümayəndə heyətləri və KİV nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər edib və ermənilərin orada törətdikləri bütün dağıntıları öz gözləri ilə görüblər.
"Erməni barbarlığının və vandalizminin miqyası o qədər heyrətamizdir ki, Azərbaycanın bu bölgəsinə səfər etmiş insanların çoxu özlərini mənəvi cəhətdən tükənmiş hiss edirlər. Siz Ağdamda, Füzulidə və işğal altında olmuş Azərbaycanın digər ərazilərində yaşayan azərbaycanlıların hansı hisslər keçirdiyini təsəvvür edə bilərsiniz. Onlar gəlib bir vaxtlar yaşadıqları evləri tapa bilmirlər, çünki işğal dövründə hər şey tamamilə dağıdılıb", - Prezident söyləyib. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü