"Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qədəm qoyub"- Deputat

"Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni, daha dərin mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi".
Bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin bəyanatının əsas mesajı dövlətlərarası münasibətlərin formal çərçivədən çıxaraq konkret öhdəliklər müstəvisinə keçməsidir:
"Səfər həm rəsmi sənədlərin imzalanması, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də simvolik və mədəni əhəmiyyət daşıyan addımlarla yadda qalıb. Prezident İlham Əliyevin bəyanatının əsas mesajı dövlətlərarası münasibətlərin formal çərçivədən çıxaraq konkret öhdəliklər müstəvisinə keçməsidir. Prezident müttəfiqlik münasibətlərini böyük məsuliyyət kimi dəyərləndirərək, bu məsuliyyətin beynəlxalq platformalarda, iqtisadi-ticari əməkdaşlıqda və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı dəstək şəklində davam etdiriləcəyini vurğulayıb. Səfər çərçivəsində imzalanan geniş sənədlər paketi də əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını nümayiş etdirir".
N. Həmzəyev bildirib ki, səfərin mühüm nəticələrindən biri Azərbaycan-Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılmasıdır:
"Səfərin mühüm nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılmasıdır. Prezident İlham Əliyev bunun son hədd olmadığını qeyd edərək, Fond çərçivəsində Qırğızıstanda həyata keçirilən layihələrin birgə istehsalın genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi potensialın gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. İqtisadi əməkdaşlığın konkret nəticələrindən biri kimi İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilən ilk beşulduzlu "Bakı" hotelinin açılışı xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, bu layihə həm turizm potensialının artırılması, həm də iki ölkə arasında iqtisadi və brend əməkdaşlığının gücləndirilməsi baxımından mühüm addımdır".
Parlamentari vurğulayıb ki, səfər çərçivəsində keçirilən qarşılıqlı təltifetmə mərasimi də münasibətlərin yüksək səviyyəsinin göstəricisidir:
"Səfər çərçivəsində keçirilən qarşılıqlı təltifetmə mərasimi də münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Belə ki, Prezident İlham Əliyev Qırğız Respublikasının ali dövlət mükafatı olan I dərəcəli "Manas" ordeni ilə, Qırğızıstan Prezidenti Sadır Japarov isə Azərbaycanın ən yüksək dövlət təltifi - "Heydər Əliyev" ordeni ilə təltif olunub. Bu iki dövlət başçısı arasında mövcud olan qarşılıqlı etimadın rəsmi diplomatik müstəvidə təsdiqidir".
"Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinin prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul edilməsinə görə təşəkkürünü ifadə etməsi də mühüm mesajlardan biridir. Səfər zamanı qəbul edilən Çolpon-Ata Bəyannaməsi isə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələsinin rəsmi başlanğıcı kimi qiymətləndirilə bilər. Bu dövlət səfəri klassik diplomatik ziyarət formatını aşaraq üç əsas istiqamətdə – iqtisadi, humanitar-simvolik və geosiyasi müstəvilərdə paralel inkişaf nümayiş etdirdi. Bu istiqamətlərin eyni vaxtda inkişafı Azərbaycan–Qırğızıstan münasibətlərinin artıq təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq arxitekturasının mühüm tərkib hissəsi kimi formalaşdığını göstərir", - deyə deputat bildirib.
Şahanə Ziyad / azxeber.com

Siyasi       Tarix: 01 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda bugünkü son xəbərlər bugünki xəbərlər hava durumu