Azərbaycan regional aktordan böyük gücə necə çevrildi? - Əliyev fenomeni ilə bağlı VACİB MƏQAMLAR

Azərbaycan regional aktordan böyük gücə necə çevrildi? - Əliyev fenomeni ilə bağlı VACİB MƏQAMLAR"2025-ci il Azərbaycan Respublikasının xarici siyasət tarixində intensivlik, məqsədyönlülük və strateji nəticələr baxımından xüsusi yer tutan mərhələ kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin il ərzində həyata keçirdiyi 20 xarici səfər sadəcə diplomatik fəallığın statistik göstəricisi deyil, Azərbaycanın dəyişən qlobal sistemdə öz yerini dəqiqliklə müəyyənləşdirdiyini və bu mövqeni praktik siyasətdə uğurla inkişaf etdirdiyini sərgiləyən kompleks strategiyanın tərkib hissəsidir. Bu səfərlərin hər biri ayrı-ayrılıqda konkret ikitərəfli maraqlara xidmət etsə də, bütövlükdə onlar Azərbaycanın regional gücdən daha geniş geosiyasi aktora transformasiyasının ideoloji və institusional çərçivəsini formalaşdırır".
Bu fikirləri siyasi ekspert, millət vəkili Elçin Mirzəbəyli KONKRET.az-a açıqlamasında səsləndirib:
"Prezident İlham Əliyevin 2025-ci ildəki xarici səfərlərinin əsas strateji hədəfi Azərbaycanın suverenliyini, təhlükəsizliyini və iqtisadi dayanıqlığını uzunmüddətli perspektivdə təmin edən beynəlxalq mühitin möhkəmləndirilməsi olub. Bu kontekstdə ilk növbədə diqqəti çəkən məqam Azərbaycanın artıq reaktiv diplomatiya mərhələsini geridə qoyaraq proaktiv xarici siyasət modelinə keçməsidir. Yəni Bakı artıq qlobal proseslərə uyğunlaşan deyil, həmin proseslərin formalaşmasında təşəbbüskar mövqe tutan aktor kimi çıxış edir. Səfərlərin coğrafiyası da bunu təsdiqləyir: Avrasiya məkanı, Yaxın Şərq, Qlobal Cənub ölkələri, eləcə də Avropa və Asiyanın aparıcı siyasi-iqtisadi mərkəzləri ilə paralel və balanslaşdırılmış əlaqələr qurulub".
Azərbaycan regional aktordan böyük gücə necə çevrildi? - Əliyev fenomeni ilə bağlı VACİB MƏQAMLARE.Mirzəbəyli vurğulayıb ki, bu səfərlərin mühüm strateji hədəflərindən biri postmünaqişə dövründə Azərbaycanın əldə etdiyi siyasi-hərbi reallıqların beynəlxalq legitimliyinin daha da möhkəmləndirilməsi olub.
"Prezident İlham Əliyev birbaşa təmaslar və yüksək səviyyəli danışıqlar vasitəsilə Qarabağ məsələsinin artıq bağlanmış mövzu olduğunu, regionda yeni status-kvonun formalaşdığını və bu reallığın qəbul edilməsinin regional əməkdaşlıq üçün yeganə rasional yol olduğunu sistemli şəkildə beynəlxalq tərəfdaşlara çatdırıb. Bu, xüsusilə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh müqaviləsi perspektivləri və Zəngəzur dəhlizi kimi strateji layihələr kontekstində özünü açıq şəkildə göstərib. 2025-ci ilin Azərbaycanın müstəqillik tarixində xarici siyasət baxımından ən uğurlu illərdən biri hesab edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Əgər əvvəlki dövrlərdə xarici siyasətin əsas məqsədi münaqişənin beynəlxalq müstəvidə idarə olunması idisə, 2025-ci ildə əsas prioritet qazanılmış qələbənin siyasi və iqtisadi dividendlərə çevrilməsi olub. Azərbaycan artıq beynəlxalq gündəmdə problemli ölkə kimi deyil, həll yolları təklif edən, təşəbbüs irəli sürən və regional sabitliyə töhfə verən dövlət kimi çıxış edir. Bu, ölkənin diplomatik dilində, danışıqların tonunda və tərəfdaşlarla münasibətlərin strukturunda da aydın şəkildə hiss olunur".
Millət vəkili əlavə edib ki, Azərbaycanın "orta güc" statusu da məhz bu mərhələdə real məzmunla doldurulub.
"Orta güc anlayışı təkcə iqtisadi göstəricilərlə və ya əhali sayı ilə ölçülmür, bu status dövlətin regional və qlobal proseslərə təsir imkanları, diplomatik manevr qabiliyyəti, enerji, logistika və təhlükəsizlik sahələrində oynadığı rol ilə müəyyən edilir. Azərbaycan 2025-ci ildə bu kriteriyaların mütləq əksəriyyətinə cavab verdiyini sübut edib. Enerji təhlükəsizliyi sahəsində Avropa üçün etibarlı tərəfdaş statusu, Orta Dəhliz çərçivəsində Asiya–Avropa ticarətinin mühüm tranzit qovşağına çevrilməsi və Qoşulmama Hərəkatında fəal siyasi mövqe Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu status Azərbaycanın qarşısında yeni siyasi və iqtisadi imkanlar açır. Siyasi baxımdan Bakı artıq regional məsələlərdə vasitəçi və ya təşəbbüskar platforma rolunu oynamaq potensialına malikdir. İqtisadi baxımdan isə ölkə təkcə xammal ixracatçısı deyil, eyni zamanda logistika, yaşıl enerji, nəqliyyat infrastrukturu və rəqəmsal əlaqələndirmə sahələrində dəyər zəncirinin mühüm halqasına çevrilir. 2025-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədləri, investisiya sazişləri və enerji layihələri bu tendensiyanın təsadüfi olmadığını göstərir".
Millət vəkili sonda əlavə edir ki, 2025-ci ilin xarici uğurları sırasında Azərbaycanın beynəlxalq təşkilatlarda mövqelərinin möhkəmlənməsi, regional əməkdaşlıq formatlarının genişlənməsi və ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsi xüsusi qeyd olunmalıdır.
"Azərbaycan bir tərəfdən Qərblə praqmatik və maraqlara əsaslanan dialoqu qoruyub saxlayıb, digər tərəfdən isə Qlobal Cənub ölkələri ilə siyasi həmrəylik və iqtisadi əməkdaşlığı dərinləşdirib. Bu balanslı xətt ölkənin xarici siyasətinin milli maraqlara əsaslanan rasional model üzərində qurulduğunu bir daha təsdiqləyir.
Bütövlükdə isə, 2025-ci il Azərbaycan üçün sadəcə diplomatik fəallıq ili deyil, xarici siyasətin keyfiyyətcə yeni mərhələyə keçdiyi, "orta güc" statusunun real siyasi məzmun qazandığı və ölkənin beynəlxalq sistemdə dayanıqlı aktor kimi mövqeyini möhkəmləndirdiyi il kimi tarixə düşə bilər.
Prezident İlham Əliyevin şəxsi diplomatik liderliyi və ardıcıl strateji xətti bu uğurların əsas hərəkətverici qüvvəsi olub və bu xəttin növbəti illərdə də Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirəcəyi artıq indidən aydın görünür".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 08 yanvar 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan Aİİ ilə bağlı qərar verdi

Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır və bu qurumda iştirakın yaratdığı imkanlardan maksimum istifadə etməyi planlaşdırır. -a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin plena

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətd

"Polşa dövlətçiliyi iki-üç günə yox olacaq" - Rusiya hədə-qorxu gəldi

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinin Moskvanın Avropa ilə müharibə aparmaq üçün heç bir əsasının olmadığı barədə sözlərinə qulaq asmır. KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Azərbaycanın Qafqaz və Türk dünyası siyasəti – "Bu, tarixi ənənənin davamıdır"

Azərbaycan həm Qafqazın, həm də Türk dünyasının ayrılmaz hissəsi kimi regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Ölkənin yerləşdiyi strateji coğrafiya, tarixi-mədəni bağları və həyata keçirdiyi siyasət onu Qafqazl

Fərid Şəfiyevə 3 müavin də təyin edildi

Bu gün Fərid Rauf oğlu Şəfiyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlar

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatdı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb. xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngl

Diplomatlar Xudavəng monastır kompleksində - Fotolar

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə gəliblər.  AZƏRTAC-a istinadən xəbər verir ki, diplomatlar dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastı


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber sonxəbərlər sonxabar az cəbhədən son dəqiqə