Azərbaycan-Rusiya münasibətləri hədəfdə? – Moskvadakı təxribatın pərdəarxası

Azərbaycan-Rusiya münasibətləri hədəfdə? – Moskvadakı təxribatın pərdəarxasıXəbər verdiyimiz kimi, 27 avqust tarixində günorta saatlarında Azərbaycanın Rusiyadakı Səfirliyinin qonaq evinin qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib.
Hadisə qısa müddətdə ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Xüsusilə təxribat xarakterli materialların Azərbaycanın diplomatik nümayəndəliyinə bağlı obyektin qarşısında yerləşdirilməsi insidentin siyasi mahiyyəti ilə bağlı müxtəlif suallar yaradıb.
Maraqlıdır, sözügedən təxribatın arxasında hansı məqsədlər dayana bilər? Bu cür addımlar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı azxeber.com-a danışan politoloq Tural İsmayılov bildirib ki, hadisəni adi insident kimi qiymətləndirmək düzgün deyil:
Azərbaycan-Rusiya münasibətləri hədəfdə? – Moskvadakı təxribatın pərdəarxası"27 avqustda Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında Azərbaycan əleyhinə təxribat xarakterli materialların yerləşdirilməsi sadəcə xırda bir insident kimi qiymətləndirilməməlidir. Çünki söhbət adi ictimai məkandan deyil, Azərbaycanın diplomatik nümayəndəliyinə bağlı obyektdən gedir. Azərbaycan Xarici İşlər Nazirliyi də hadisəni qətiyyətlə pisləyərək onun Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət edə biləcəyini və Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsi olmasının istisna edilmədiyini bildirib".
Politoloqun sözlərinə görə, hazırda əsas məsələ təxribatın konkret təşkilatçılarının kimliyindən daha çox, hadisənin yarada biləcəyi siyasi nəticələrə diqqət yetirməkdir:
"Belə aksiyalar adətən iki istiqamətdə nəticə yaratmağa hesablanır. Birincisi, cəmiyyətlər arasında qarşılıqlı neqativ emosiyanı artırmaq, ikincisi isə iki dövlət arasındakı siyasi dialoqa əlavə gərginlik elementləri daxil etmək. Xüsusilə Azərbaycan-Rusiya münasibətlərinin həssas mərhələdən keçdiyi bir vaxtda belə addımların münasibətləri zədələməyə hesablanmış təxribat xarakteri daşıması ehtimalı nəzərə alınmalıdır".
T.İsmayılov qeyd edib ki, hadisənin məhz diplomatik obyektin qarşısında baş verməsi də xüsusi əhəmiyyət daşıyır:
"Diplomatik nümayəndəliklərin və onların əməkdaşlarının təhlükəsizliyinin təmin olunması qəbul edən dövlətin məsuliyyət dairəsinə daxildir. Azərbaycan XİN də Rusiyanın 1961-ci il Vyana Konvensiyası çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsinin vacibliyini vurğulayıb. Bu baxımdan Moskvanın hüquq-mühafizə orqanlarının hadisəni necə araşdıracağı və təxribatı törədən şəxslərin müəyyənləşdirilib-müəyyənləşdirilməyəcəyi insidentin siyasi çəkisini müəyyən edən əsas amillərdən biri olacaq".
Politoloq hesab edir ki, hadisənin Azərbaycan-Rusiya münasibətlərinə avtomatik olaraq uzunmüddətli zərbə vuracağını söyləmək hələ tezdir:
"Dövlətlərarası münasibətlər ayrı-ayrı şəxslərin və ya qrupların küçə aksiyaları ilə deyil, siyasi iradə, qarşılıqlı maraqlar və institusional dialoqla müəyyən olunur. Azərbaycan-Rusiya münasibətlərində enerji, nəqliyyat, ticarət, regional təhlükəsizlik və humanitar əlaqələr kimi kifayət qədər ciddi qarşılıqlı maraqlar mövcuddur. Ona görə də təxribatın əsas hədəfi məhz bu rasional gündəliyin üzərinə emosional və informasiya yükü gətirmək ola bilər".
Tural İsmayılovun fikrincə, hadisəni yalnız küçə təxribatı kimi qiymətləndirmək də doğru yanaşma deyil:
"Son dövrdə informasiya məkanında Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərə biləcək ritorikanın artması fonunda belə aksiyalar daha geniş informasiya-siyasi prosesin elementinə çevrilə bilər. Təxribatın görüntülərinin yayılması, sosial şəbəkələrdə emosional reaksiyaların formalaşdırılması və qarşı tərəfə münasibətdə stereotiplərin gücləndirilməsi bu tip aksiyaların əsas siyasi nəticələrindən biridir".
Politoloq hesab edir ki, hazırkı mərhələdə ən doğru addım emosional eskalasiyadan çəkinərək hadisəyə hüquqi və siyasi qiymət verilməsini tələb etməkdir:
"Məsələ yalnız təxribat xarakterli şəkillərin yerləşdirilməsi deyil, xarici ölkədə Azərbaycan diplomatik nümayəndəliyinin normal fəaliyyətinə mane ola biləcək hərəkətlərin qarşısının alınmasıdır. Rusiya tərəfinin hadisəyə münasibəti və araşdırmanın nəticələri isə Moskvanın bu cür təxribatların qarşısını almaqda nə qədər maraqlı olduğunu göstərəcək".
T.İsmayılov sonda bildirib ki, hadisə Azərbaycan-Rusiya münasibətlərinin mahiyyətini dəyişəcək gücdə olmasa da, münasibətlərin həssaslığını göstərən ciddi siqnaldır:
"Əgər belə aksiyalar davamlı xarakter alarsa və onlara informasiya məkanındakı kampaniyalar da əlavə olunarsa, artıq ayrı-ayrı insidentlərdən deyil, münasibətlərə sistemli təzyiq cəhdindən danışmaq mümkün olacaq. Hazırkı mərhələdə isə əsas məsələ təxribatın təşkilatçı və icraçılarının müəyyənləşdirilməsi, hüquqi qiymətin verilməsi və bu hadisənin iki ölkə arasındakı siyasi dialoqun məntiqinə daşınmasına imkan verilməməsidir".
Fəridə Əsədzadə

Siyasi       Tarix: 29 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az son.xabar butun xeberler xeber