Azərbaycan səfiri: "Laçın yolu BQXK-nın humanitar əməliyyatları üçün açıqdır
"Laçın yolu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) humanitar əməliyyatları üçün açıqdır".
azxeber.com report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev "X" sosial şəbəkəsində yazıb.
Niderlandın xarici işlər naziri Vopke Hukstranın paylaşımına cavab olaraq azərbaycanlı diplomat qeyd edib ki, məhz Ermənistan tərəfi Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadəyə dair razılaşmanı pozan tərəf olub və onların məqsədi beynəlxalq səviyyədə manipulyasiya, dezinformasiya siyasətini davam etdirmək üçün süni gərginlik yaratmağa çalışmaqdır.
Səfir həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasını və Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin Ermənistan tərəfindən təmin edilməsini nəzərdə tutan üçtərəfli bəyanatın 4-cü və 9-cu maddələrinin müddəalarına Ermənistanın əməl etmədiyi faktlarını da diqqətə çatdırıb.
"Əminəm ki, silahlı təcavüzün qurbanı olan, ərazisi 30 il işğal altında qalan və misli görünməmiş dərəcədə dağıdılan, minalanan Azərbaycanın beynəlxalq hüquq və ədalətin paytaxtı olan Haaqanın balanslaşdırılmış mövqeyinə ümid etmək hüququ var", - səfir fikrini yekunlaşdırıb.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ