Azərbaycan səfirliyi Fransa hökumətinə çağırış edib
Azərbaycan səfirliyi Fransa hökumətinə çağırış edib
Azərbaycan Fransanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş müharibə cinayətlərinə, həmçinin bəşəriyyətə qarşı törədilmiş cinayətlərə dair həqiqətlərin bərpa olunmasına yardımçı olmağa çağırır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Fransadakı səfirliyi məlumat yayıb.
Açıqlamada həmçinin Azərbaycan Fransanı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyini araşdırmaq üçün Ermənistana kömək etməyə dəvət edir.
Sənəddə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanması məsələsinə də toxunulur və bunun iki ölkə arasında sülhün bərpa olunması və azərbaycanlı məcburi köçkünlərin geri qayıtmaları üçün əngəl olduğu vurğulanır. Fransa tərəfi minalanmış ərazilərin xəritələrini Ermənistandan tələb etməyə dəvət edilir.
Açıqlamada Kəlbəcər rayonunun Başlıbel kəndində Ermənistan ordusu tərəfindən 1993-cü ilin aprel ayında törədilmiş cinayətlər və bunun nəticəsində qətlə yetirilən Azərbaycan vətəndaşlarının sayı haqqında ətraflı məlumat verilir və bu cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinin vacibliyi göstərilir. Bu məsələdə də Azərbaycanın Fransanın yaxından iştirakına ümid bəslədiyi bildirilir. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar