Azərbaycan tibbində yenilik - Xəstə yuxuda ikən

Azərbaycan tibbində yenilik - Xəstə yuxuda ikənDövlət xəstəxanasında yuxu labaratoriyası yaradılır.
KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, belə laboratoriyalarda – xüsusi otaqda bir gecə videomüşahidə altında yatan pasiyentin 8 saat ərzində bütün fizioloji funksiyaları monitorinq edilir.
Dövlət tibb müəssisələri arasında ilk belə yuxu laboratoriyası Respublika Klinik Xəstəxanasında yaradılacaq. Ancaq ölkədə ilk və yeganə yuxu labaratoriyası 2010-cu ildən özəl xəstəxanalardan birində yaradılıb.
Həmin labaratoriyanın məsul həkimi, kardioloq Yusif Nağıyev deyir ki, son zamanlar müraciət edənlərin sayında artım var.
Kardioloq deyir ki, yuxu laboratoriyasındakı videomüşahidədən sonra pasiyentin beyin potensialı, qanda oksigen təminatı, tənəffüsü, xoruldama, əzələ tonusu, gözün hərəkəti, ürəyin fəaliyyəti, nəbzin diaqnostikası və s. kimi təhlillər aparılır.
Mütəxəsiss onu da bildirdi ki, TƏBIB-in resursları hesabına belə labaratoriyanın yaradılması təqdirəlayiqdir.
Əgər yuxu testi icbari tibbi sığortaya daxil edilsə, bu yolla ilkin səviyyədə xəstəlikləri aşkarlamaq mümkün olacaq.

Sağlamlıq       Tarix: 03 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər bugün 2026 cəbhədən xəbərlər sonxeberler cəbhədən yeni xəbərlər