Azərbaycan, Türkiyə və Gürcüstan parlamentinin komitə sədrlərinin Ankarada üçtərəfli görüşü keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentinin komitə sədrlərinin Ankarada üçtərəfli görüşü keçirilibOkytabrın 18-də Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitə sədrlərinin Türkiyə Böyük Millət Məclisində (TBMM) üçtərəfli görüşü keçirilib.
Azxeber.com TBMM-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə Parlamentinin Xarici İşlər Komissiyasının rəhbəri Akif Çağatay Kılıç Azərbaycan Milli Məclisinin Xarici Əlaqələr və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov və Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.
Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin bu il 6-cı iclasının keçirildiyini bildirən Akif Çağatay Kılıç bu toplantıların region üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında ikitərəfli görüş keçirildiyini xatırladan Səməd Seyidov da Türkiyə, Azərbaycan və Gürcüstan birliyinin regionda vacibliyini vurğulayıb.
"Hazırda dost və qardaş ölkələr arasında Gürcüstanın da olması böyük şərəfdir", deyə Səməd Seyidov bildirib.
Nikoloz Samxaradze isə Gürcüstanın xarici siyasətində ən vacib məsələnin Türkiyə və Azərbaycanla əlaqələrin dərinləşdirilməsi olduğunu diqqətə çatdırıb: "Bu iki ölkə ilə bağlılığımız yalnız tarixi əlaqələrlə məhdudlaşmır, həm də birlikdə regional iqtisadi və infrastruktur layihələr həyata keçiririk".
Qeyd edək ki, bu gün Türkiyə, Azərbaycan və Gürcüstan xarici əlaqələr komitələrinin nümayəndə heyətlərinin birgə iclası olacaq.
Komitələrin birgə toplantısında regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq. Sonda mətbuat konfransı keçiriləcək.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinə azərbaycanlı deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev və Sahib Alıyev daxildir.

Siyasi       Tarix: 19 oktyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri cəbhədən son məlumat kriminal