Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur

Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyurAzərbaycanla Türkmənistan arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq son illərdə daha da intensivləşmişdir.
azxeber.com xəbər verir ki, bu barədə politoloq Samir Hümbətov "Hədəf" verilişində çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, bu münasibətləri üç aspektdən təhlil etmək mümkündür: siyasi, iqtisadi və humanitar (tarixi-mədəni) baxımdan.
Siyasi aspekt
Azərbaycan və Türkmənistan Sovetlər dönəmində eyni ittifaqın tərkibində olublar. Müstəqillik qazandıqdan sonra qarşılıqlı şəkildə bir-birinin müstəqilliyini tanıyaraq diplomatik münasibətlər qurublar. Azərbaycanın uzun müddət diqqətini Qarabağ məsələsinə yönəltməsi səbəbindən bu münasibətlər müəyyən dövrlərdə passiv olub. Lakin Qarabağ torpaqlarının işğaldan azad edilməsindən sonra, xüsusilə 2021-ci ilin yanvarında Xəzər dənizində yerləşən "Dostluq" yatağının birgə işlənməsi ilə bağlı imzalanmış müqavilə iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verib.
İqtisadi aspekt
Son illərdə Azərbaycan-Türkmənistan iqtisadi münasibətləri də genişlənib. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 795 milyon ABŞ dollarına çatıb ki, bu da təxminən 1 milyard dollara yaxın göstəricidir. Bu rəqəmlər iki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Bundan başqa, Transxəzər nəqliyyat dəhlizi və "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində həyata keçirilən layihələr də bu əməkdaşlığı daha da gücləndirir.
Humanitar və mədəni əlaqələr
Azərbaycanla Türkmənistan arasında təkcə siyasi və iqtisadi sahədə deyil, həm də mədəni və tarixi sahədə sıx əlaqələr mövcuddur. Bu bağlılıq xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.
Regional əməkdaşlıq və Türk Dövlətləri Təşkilatı
Qoşulmama Hərəkatında olduğu kimi, Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlıq diqqət mərkəzindədir. Azərbaycan bu təşkilatın tam hüquqlu üzvü olduğu halda, Türkmənistan hələlik müşahidəçi statusundadır. Lakin Türkmənistan rəsmiləri, o cümlədən Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhammedov, son çıxışlarında bu statusun dəyişdirilərək tam hüquqlu üzvlüyə keçid ehtimalını istisna etməyiblər.
Samir Hümbətov bildirib ki, Qurbanqulu Berdimuhammedovun Azərbaycana son səfəri ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına işarədir. Bu səfər həm siyasi, həm də iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımların yol xəritəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Ekspertin fikrincə, yaxın gələcəkdə Azərbaycanla Türkmənistan arasında investisiya layihələrinin genişlənməsi, eləcə də siyasi əlaqələrin daha da inkişaf etdirilməsi gözlənilir.
Oksana Orucova

Siyasi       Tarix: 18 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta məzənnələri sonxəbər cəbhədən xəbər en sonxeber