"Azərbaycan Uşaq Qaynar Xətti"nə 3700-dən çox müraciət daxil olub

"Azercell Telekom" MMC-nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" uşaqların müdafiəsi və rifahının təmin olunması istiqamətində işini davam etdirir. Cari ilin ilk altı ayı ərzində qaynar xəttə ümumilikdə 3751 müraciət daxil olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə müraciət sayında nəzərəçarpacaq artım müşahidə olunur.
Statistikaya əsasən, müraciətlərin böyük hissəsi (1245 müraciət) psixoloji dəstəyə ehtiyacla bağlı olub. Zorakılıq halları üzrə 819 müraciət məişət zorakılığı, psixoloji, fiziki, cinsi, iqtisadi və sosial zorakılıq, etinasızlıq, həmçinin bullinq və kiberzorakılığı əhatə edib.
Eyni zamanda, hüquqi yardıma ehtiyacla bağlı 386, təhsil üzrə 179, səhiyyə ilə bağlı 70 müraciət qeydə alınıb. 
Sosial məsələlərlə bağlı daxil olan 360 müraciət sığınacaqla təmin olunma, intihar düşüncələri və intihara cəhd halları, eləcə də uşaqların istismarı və onların həssas vəziyyətindən sui-istifadə ilə əlaqədar olub. Digər 692 müraciət isə müxtəlif mövzular üzrə ümumi suallar və məlumat sorğularını əhatə edib.
Müraciətlərin 1895-i qadın, 1020-si kişi tərəfindən, 836-sı isə anonim şəkildə edilib. Yaş bölgüsü üzrə isə müraciətlərin 2445-i 15-18 yaş, 1009-u 11-14 yaş, 297-si isə 10 yaşadək uşaqlarla bağlı olub. 
Xidmət çərçivəsində müraciət edən şəxslərə psixoloji dəstək, hüquqi məsləhət və sosial istiqamətdə yönləndirmə xidmətləri göstərilib.
Qeyd edək ki, "Uşaq Qaynar Xətti"nin fəaliyyəti yalnız müraciətlərin cavablandırılması ilə məhdudlaşmır. Xidmət eyni zamanda uşaqlar, valideynlər və cəmiyyət arasında məlumatlılığın artırılması, təhlükəsiz mühitin təşviqi və erkən müdaxilə mexanizmlərinin gücləndirilməsi istiqamətində də fəaliyyətini davam etdirir.
Xidmətin əsas məqsədi çətin vəziyyətə düşmüş uşaqlara dəstək göstərmək, onların hüquqlarının qorunmasına töhfə verməkdir. Məxfiliyin qorunması xidmətin əsas prinsiplərindən biridir və daxil olan məlumatlar yalnız zəruri hallarda, müraciət edənin razılığı ilə aidiyyəti qurumlara ötürülür.
Hazırda 116111 qısa nömrəsi, mobil nömrələr (+994 50 680 22 80, +994 51 580 22 80,  +994 51 880 11 80), elektron poçt ([email protected]), rəsmi internet səhifəsi, Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), "Uşaq Qaynar Xətti" mobil tətbiqi vasitəsilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" "Azercell Telekom" MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir. / azxeber.com

İqtisadiyyat       Tarix: 31 iyul 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər pensiya ala bilməyəcək

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasınd

Bakıda mal ətinin qiyməti 23 manat oldu - Azərbaycanda niyə heyvan sayı azalıb?

Xəbər verdiyimiz kimi Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. Sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər. İqtisadç

Kreditinizi Birbank-a gətirin - 6%-dək güzəştlə əldə edin

Digər banklarda krediti olan müştərilər üçün Birbank-ın kredit köçürmə kampaniyasının müddəti uzadılıb. 30 sentyabr 2026-cı ilədək davam edəcək kampaniya çərçivəsində müştərilər digər banklardakı kreditlərini Birbank-a köçürərə

Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız

Müştərilərinə daima sərfəli kredit təklifləri yaradan Bank of Baku bu dəfə 20 Sentyabr – Neftçilər Günü münasibətilə xüsusi kredit kampaniyasına start verib. . xəbər verir ki, Bank of Baku indi Azərbaycan Dövlət Neft Şirkət

Yasamalda hazır mənzil almaq istəyənlər üçün 3 fərqli ödəniş imkanı

Mənzil almaq istəyənlərin düşündüyü əsas məsələlərdən biridə yeni evlərinə nə vaxt köçə biləcəkləridir. Ev seçərkən sahə, otaq sayı vəlokasiya ilə yanaşı, mənzilin hazır olması da qərara təsir edir. Hazır mənzilinüstünlüy

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Son dövrdə nağdsız ödənişlərdə tətbiq olunan gündəlik köçürmə limitləri alıcılarla yanaşı, sahibkarların da gündəlik iş prosesinə təsirsiz ötüşmür. xəbər verir ki, Yelo Bank sahibkarlara bu çətinlikləri geridə qoyaraq bizneslərin

"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirdi - FOTOLAR

"AzerGold" QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib

Onların maaşı arta bilər

Bu həftə diaqnostik qiymətləndirmədə iştirak etməmiş müəllimlər üçün imtahanlar keçiriləcək. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurla

Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqa


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler xəbər en son xeberleri cəbhədən görüntülər