Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıqda yeni səhifə

Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıqda yeni səhifəAzərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər yenilənmə dövrünü yaşayır. Dəyişən geosiyasi şərait fonunda hər iki tərəf bərabərhüquqlu dialoqun inkişafına və tərəfdaşlığın möhkəmlənməsinə maraq göstərir. Bu kontekstdə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya son səfəri Bakı ilə Brüssel arasında əməkdaşlıqda yeni səhifə açan mühüm hadisəyə çevrildi.
Avropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzərində işləri sürətləndirmək barədə razılığa gəldilər. Bu barədə Kaya Kallas Bakıda keçirilən danışıqlar zamanı bəyan etdi.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun birgə mətbuat konfransında qeyd etdiyi kimi, tərəflər gələcək sazişin əhatə etdiyi məsələlərin təxminən 90 faizində konsensusa nail olublar. Lakin onun sözlərinə görə, əsasən ticarət və iqtisadiyyat sahələrinə aid bəzi məsələlər hələ də müzakirə predmetidir.
"Bu gün Azərbaycan regionumuzda Aİ-nin əsas ticarət tərəfdaşıdır. Ticarət dövriyyəsi 20 milyard dollar təşkil edir", - deyə nazir vurğulayıb.
O əlavə edib ki, son illərdə danışıqlar prosesi müəyyən qədər ləngimişdi, lakin artıq tərəflər qarşıdakı aylarda bu prosesi fəallaşdırmaq üçün praktiki addımlar atmaq barədə razılığa gəliblər. Bundan əlavə, Bayramovun sözlərinə görə, saziş layihəsinin yeni müddəalarla tamamlanması məsələsi də nəzərdən keçirilir.
Kaya Kallas çıxışında Avropa İttifaqı ilə Azərbaycanın uzun illərə söykənən tərəfdaşlıq münasibətlərini qeyd edib. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olaraq qalır.
"Aİ həmçinin Azərbaycanda minatəmizləmə işlərinə mühüm dəstək verir, münaqişənin nəticələrinin aradan qaldırılmasına kömək edir. Bizim əməkdaşlığımızın daha da inkişafı üçün böyük potensial mövcuddur", - deyə Kallas bildirib.
Kaya Kallasın Bakıya səfəri Azərbaycanla Aİ arasında münasibətlərin yenidən canlandırılması istiqamətində mühüm addım oldu.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Avropa İttifaqı ilə bərabərhüquqlu və geniş əməkdaşlığın inkişafında maraqlıdır. Bu gün isə belə bir anlayışın Brüsseldə də yenidən gücləndiyini görmək olar.
Avropada Azərbaycanın regionun enerji təhlükəsizliyinin möhkəmlənməsinə verdiyi töhfə getdikcə daha çox dəyərləndirilir. Artıq beş ilə yaxındır ki, Cənub Qaz Dəhlizi uğurla fəaliyyət göstərir və Azərbaycan qazı səkkizi Aİ üzvü olmaqla, 10 Avropa ölkəsinə çatdırılır. Tədarük coğrafiyası baxımından Azərbaycan Avropaya qaz ixrac edən əsas ölkələrdən biridir.
Bundan əlavə, Azərbaycanla Avropa arasında münasibətlərdə ölkəmizin nəqliyyat potensialı da mühüm rol oynayır. Qlobal geosiyasi və iqtisadi dəyişikliklər fonunda Azərbaycanın rolu daha da aktuallaşır. Ölkəmiz, mühüm nəqliyyat marşrutlarının kəsişməsində yerləşməklə, qlobal nəqliyyat şəbəkəsinin əsas elementinə çevrilib. Söhbət, xüsusən də Avropanı Mərkəzi Asiya və Çinlə Cənubi Qafqaz və Xəzər dənizi vasitəsilə birləşdirən Orta Dəhlizdən gedir. Bu marşrutun inkişafı Aİ üçün strateji əhəmiyyət kəsb edir.
Beləliklə, son aylarda müsbət bir tendensiyanı müşahidə etmək mümkündür: Avropa İttifaqının siyasətinə real təsir edən əsas Avropa rəsmiləri Bakı ilə bağlı qarşıdurma ritorikasından uzaqlaşır. Bu isə gələcəkdə Aİ-nin regiondakı siyasətinin qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri üzərində qurulacağına ümid yaradır.
Siyasi iradə olduğu və xarici amillərin təsiri aradan qaldırıldığı halda, Azərbaycan və Aİ əvvəlki kimi zəngin və perspektivli əməkdaşlıq gündəliyinə qayıda bilərlər. Avropaya sabit, məsuliyyətli və etibarlı tərəfdaş lazımdır və Azərbaycan bu statusu illərdir öz fəaliyyəti ilə təsdiqləyib.
/TREND / azxeber.com

Siyasi       Tarix: 27 aprel 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 azerbaycan azerbaycan son xeber bugun meherremlik 2026 iqtisadiyyat xeberleri bugun