Azərbaycan və Çexiya əməkdaşlıq üzrə yeni sənədlər imzalayacaqlar
Çexiya və Azərbaycanın məsul dövlət qurumları hazırda iki ölkə arasında sosial təminat, səhiyyə və gənclər sahələrində əməkdaşlığı daha yaxşı tənzimləyəcək yeni sənədlərin mətnləri üzərində danışıqlar aparırlar.
azxeber.com xəbər verir ki, bu barədə Trend-ə Çexiyanın Xarici İşlər Nazirliyindən bildirilib.
"Hesab edirik ki, danışıqlar yaxın gələcəkdə başa çatacaq ki, bu da əlaqələrimizin hüquqi bazasını əhəmiyyətli dərəcədə genişləndirəcək, ən əsası isə insanlar arasında təmasları, Çexiya ilə Azərbaycan arasında təcrübə mübadiləsini dərinləşdirəcək", - deyə nazirlikdən bildirilib.
Qeyd edilib ki, Çexiya iki ölkənin nümayəndələri arasında yüksək səviyyəli görüşlərin sayını artırmaq istəyir.
"Bu yaxınlarda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərovun rəhbərlik etdiyi kənd təsərrüfatı sahəsi üzrə ekspertlərdən ibarət nümayəndə heyəti Çexiyada səfərdə olub. Bu tendensiyanın gələcəkdə də davam edəcəyinə inanırıq", - deyə XİN-dən bildirilib.
Nazirlikdən bildirilib ki, Çexiyanın Aİ Şurasında sədrliyinin təşəbbüsü ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi oktyabrın 17-18-də Praqada Azərbaycanın iştirakı ilə "Şərq Tərəfdaşlığı: Geoiqtisadi Çağırışlar və İmkanlar" biznes forumu təşkil edəcək.
"Əməkdaşlığın perspektivləri genişdir. Onların əsasında iki ölkə arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq dayanır", - deyə Nazirlikdən əlavə edilib.
Xidmetler [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?