Azərbaycan və Əlcəzair XİN başçılarının görüşü olub - YENİLƏNİB-2

Azərbaycan və Əlcəzair XİN başçılarının görüşü olub - YENİLƏNİB-2Azərbaycan Xarici İşlər Nazirliyi XİN başçısı Ceyhun Bayramovla Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamranın görüşü ilə bağlı məlumat yayıb.
KONKRET.azxəbər verir ki, məlumatda deyilir:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Təkbətək görüşdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə nazirlər arasında geniş tərkibdə görüş keçirilib.
Nazir Ceyhun Bayramov qonağı salamlayaraq, Əlcəzairin müstəqilliyinin 60 illiyi münasibətilə səmimi təbriklərini çatdırıb. Nazir Azərbaycanla Əlcəzair arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. İki ölkə arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyətindən danışan nazir, 2019-cu ilin oktyabr ayında Əlcəzairin keçmiş Prezidenti Abdelkader Bensalahın Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana tarixi səfərini və Azərbaycan Respublikasının Prezidenti ilə görüşünü, 30 iyun – 1 iyul 2022-ci il tarixlərində Əlcəzairin Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirakını, habelə Qoşulmama Hərəkatının Gənclər Sammittində Əlcəzair nümayəndəsinin iştirakını məmnunluqla qeyd edib.
Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra səmimi qəbula görə minnətdarlığını bildirib və ölkələrimiz arasında mövcud siyasi dialoqun və ikitərəfli təmasların intensivliyinin qorunub saxlanılmasının vacibliyini qeyd edib. Xarici İşlər Nazirlikləri və ölkələrimizin müxtəlif qurumları arasında dialoqun daha da genişləndirilməsi, energetika və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, icmalar arasında dostluq qruplarının yaradılması kimi məsələlərə vurğu edib. Nazir Lamamra Əlcəzairin Qoşulmama Hərəkatının təsisçi üzvlüyündən və sədrlikləri dövründə fəaliyyətlərindən bəhs edib, 2019-cu ildən etibarən Azərbaycanın sədrliyi çərçivəsində ölkəmizin irəlilətdiyi təşəbbüslərin əhəmiyyətli olduğunu bildirib. Yaxın Şərqdə gedən siyasi proseslər, Ərəb Dövlətləri Liqası və Afrika Birliyi çərçivəsində görülən işlər barədə məlumat verib. Beynəlxalq müstəvidə hər bir problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacib olduğunu bildirib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistan 30 il ərzində ölkəmizə qarşı təcavüzü, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması, sülh quruculuğu ilə bağlı Azərbaycan tərəfindən görülən genişmiqyaslı işlər barədə ətraflı məlumatı qonağın diqqətinə çatdırıb. Ermənistanın öhdəliklərinə zidd olaraq apardığı fəaliyyət və sülh quruculuğuna törətdiyi maneələr barədə məlumat verilib. Əlcəzairin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini birmənalı olaraq dəstəklədiyi və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif qətnamələrin qəbulu zamanı nümayiş etdirdiyi vurğulanıb.
Dövlətlərimiz arasında ikitərəfli çərçivə ilə yanaşı, çoxtərəfli beynəlxalq və regional formatlarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Görüşdən sonra, nazirlərin "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Əlcəzair Xalq Demokratik Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Protokol"un və "Azərbaycan Respublikası Hökuməti və Əlcəzair Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında Saziş"in imzalanma mərasini keçirilib.
Daha sonra, mətbuat brifinqində Nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
***
11:43
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın təkbətək görüşü başa çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.
Hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.
xxx
11:28
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın görüşü başlayıb.
KONKRET.az XİN-ə istinadən xəbər verir ki, Ceyhun Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

Siyasi       Tarix: 10 avqust 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Rusiyaya NOTA VERDİ

Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iyulun 5-də axşam saatlarında Ukraynanın Mikolayi

İran Xameneinin vida mərasimində Azərbaycana Ali-İmran surəsi ilə mesaj verdi?

İranda ali dini lider Əli Xamenei ilə vida mərasimi davam edir. Mərasim Tehranda başlayıb, daha sonra Qum şəhərində davam edəcək və yekunda Məşhəddə dəfn mərasimi ilə başa çatacaq. Mərasimdə çoxsaylı dövlət və hökumət nümayəndələri

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:. 1. 1-ci madd

NATO-nun Ankara sammiti: Dünyanın təhlükəsizlik xəritəsi yenidən cızılır

"7–8 iyul tarixlərində keçiriləcək NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti yalnız növbəti siyasi toplantı deyil, həm də Alyansın gələcək onilliklər üçün təhlükəsizlik strategiyasını müəyyənləşdirəcək qərarları

Rusiyada bu yanacaq növü də qadağan edildi

Rusiya hökuməti daxili bazarda yanacaq təchizatını sabitləşdirmək və çatışmazlığın qarşısını almaq məqsədilə dizel yanacağının ixracına tam qadağa tətbiq edib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimi

Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb

Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO

İyulun 9-da müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar və Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfir

Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki mümkün variantın nəzərdən keçirildiyini bildirib. Paşinyan bu barədə brifinqdə danışıb. "Birinci variant ondan ibarətdi

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramında


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar valyuta məzənnələri novruz bayramı bugunun xeberleri