"Azərbaycan və Ermənistan 2020-ci ilin noyabr vəziyyətinə qayıda bilər" - Nə baş verir? 

Son zamanlar Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aparılmaması və fikirlərin səsləndirilməməsi, bu məsələnin sanki arxa plana keçdiyini düşünməyə vadar edir. Hərçənd Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə birləşdirəcək bu dəhlizin əhəmiyyətinin rəsmi Bakı və region dövlətləri üçün çoxböyük olduğu heç kimə sirr deyil. Bəs görəsən, Zəngəzur dəhlizinin açılması məsələsi hələ də öz aktuallığını qoruyurmu?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Zəngəzur dəhlizinin açılması məsələsi arxa plana keçməyib.

"Amma biz bu gün Azərbaycan və Ermənistan arasında aktiv müzakirələrin aparılmadığının şahidi oluruq. Nə komissiyalar, nə də xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilir. Amma bu, o demək deyil ki, tərəflər arasında bütün məsələlər dondurulub və olduğu kimi qalıb. Görünən odur ki, bağlı qapılar arxasında danışıqlar aparılır və yəqin ki, hələlik bu barədə ictimaiyyətə məlumatların verilməsi məsləhət görülmür. yalnız müəyyən nəticələr əldə edildikdən sonra informasiyalar ortaya çıxır. Zəngəzur dəhlizini və sülh müqaviləsini də bu qəbildən olan məsələlərə aid etmək mümkündür. Əgər Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər səsləndirilmirsə, bu, o demək deyil ki, Moskvada sözügedən məsələ müzakirə olunmayıb. Şübhəsiz ki, bu məsələlər Moskvadakı görüşlərdə müzakirə predmetinə çevrilib Eyni zamanda qarşıdan gələn BRİKS sammitində də sözügedən məsələlərin müzakirəsi aparılacaq. Bununla yanaşı İran və Rusiya arasında da danışıqlar gedir. Sadəcə ya ciddi nəticələr yoxdur, ya da tərəflər bunu elan etməyə hazırlaşırlar".
Politoloqun sözlərinə görə, bu gün əsas diqqət Yaxın Şərq və Ukrayna məsələsinə yönəlib.
"Paralel olaraq Üçüncü Dünya Müharibəsinin baş verəcəyi gözlənilir. Həmçinin ABŞ və Gürcüstanda keçiriləcək seçkilər müzakirə olunur. Bütün bunların fonunda Zəngəzur dəhlizi və Azərbaycan-Ermənistan məsələsi ilə bağlı mövzular kölgədə qala bilər. Amma bu, danışıqların aparılmaması və müzakirələrin getməməsi anlamına gəlməməlidir. Əksinə, hesab edirəm ki, Azərbaycan və Ermənistan hadisələrin çoxluğundan istifadə edərək öz işlərini görürlər. Zəngəzur dəhlizinin açılması məsələsində ABŞ və Gürcüstanda baş verən seçkilərdən sonra müəyyən irəliləyişlər ola bilər. Düşünürəm ki, Kazanda keçiriləcək müzakirələr zamanı iki ölkə liderlərinin görüşü baş tutacaq".
Politoloq Azərbaycan və Ermənistan arasında yeni müharibə ehtimalına da toxunub:
"Ermənistanın üçtərəfli bəyannamədən öz imzasını geri götürməsi, müharibəyə gətirib çıxara bilər. Bu bəyannamə müharibənin bitdiyini elan etmişdi. İndi İrəvanın bəyannamədən imzasını geri çəkməsi ölkələri 2020-ci ilin noyabr vəziyyətinə qaytara bilər. Çünki bu, Ermənistanın təslimçilik aktı idi. Əgər İrəvan bundan imtina edirsə, deməli müharibə hələ bitməyib. Ona görə də, iki dövlət yenidən müharibə şəraitində ola bilər. Ancaq bu halda Azərbaycanın müharibəyə başlayıb-başlamayacağı sual altındadır. Hesab edirəm ki, Azərbaycan Zəngəzur dəhlizinə və digər məsələlərə görə hərbi əməliyyatlara başlamayacaq. Yalnız Ermənistan təhrik edərsə və beynəlxalq hüquqa uyğun olarsa, bu addım atıla bilər".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 11 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri son xeberler bugun 2026 canli son xeberler bugun kriminal