Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Geniş istifadə olunan ağrıkəsici preparatlardan biri sağlamlıq üçün təhlükə yarada bilər.
azxeber.com "ölkə.az"a istinadən xəbər verir ki, bu barədə həkim Sara Marin Berbell danışıb.
Onun sözlərinə görə, insan ağrı hiss etdikdə həkim təyinatı ilə ibuprofen qəbul edə bilər.
Lakin bu preparatdan həddindən artıq istifadənin ciddi fəsadlara səbəb olması riski də var.Sara Marin Berbell qeyd edib ki, ibuprofenin müntəzəm və həkim nəzarəti olmadan qəbul edilməsi böyrəklərlə bağlı problemlər yaratması da mümkündür.
Həkim buna öz pasiyentlərindən birini nümunə göstərib.
Həmin qadın aybaşı ağrılarını normal hesab etdiyi üçün mütəmadi olaraq ibuprofen qəbul edib. Nəticədə aparılan qan analizləri böyrək funksiyalarında pozuntular olduğunu üzə çıxarıb.
"İbuprofeni arabir qəbul etmək başqa şeydir, hər həftə qəbul etmək isə tamamilə başqa məsələdir", - S.M.Berbell vurğulayıb.
Mütəxəssis əlavə edib ki, ağrı insanı davamlı olaraq ağrıkəsici qəbul etməyə məcbur edirsə, narahatlığın səbəbi araşdırılmalı, problem sadəcə müvəqqəti olaraq aradan qaldırılmamalıdır.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var