Azərbaycan və Ermənistan səfirləri GÖRÜŞDÜ

Azərbaycan və Ermənistan səfirləri GÖRÜŞDÜAzərbaycan və Ermənistan səfirləri Xəzər İbrahim və Narek Mkrtçyanın iştirak etdiyi "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) təşəbbüsünün müzakirəsi keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) bəyanatında bildirilir.
ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən tədbirdə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Vaşinqtondakı səfirləri, eləcə də ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri və biznes nümayəndələri iştirak ediblər. Qapalı qapılar arxasında keçirilən müzakirə zamanı tərəflər TRIPP təşəbbüsünün regional əlaqənin gücləndirilməsində və Orta Dəhliz boyunca ABŞ-nin davamlı iqtisadi mövcudluğunun yaradılmasındakı rolunu müzakirə ediblər.
ABŞ Dövlət Departamentinin Beynəlxalq Sülhməramlı Əməliyyatlar Ofisinin direktoru və Beynəlxalq Sülh üzrə Xüsusi Elçi Vinay Çavla bildirib: "Avqust ayında Azərbaycan və Ermənistan arasında ABŞ administrasiyasının dəstəyi ilə imzalanan sülh müqaviləsi tarixi bir irəliləyişdir. TRIPP bu sülhün davamlılığını təmin etmək, tranzit marşrutunu rifah mühərrikinə çevirmək üçün bir yoldur".
O, həmçinin vurğuladı ki, bu vizyonun reallaşması üçün Amerika şirkətləri və kapitalı vacibdir və ABŞ administrasiyası onların danışıqlar masasında iştirakını təmin etmək istəyir.
Xəzər İbrahim qeyd edib ki, bu ilin avqust ayında Vaşinqtonda keçirilən liderlərin sammiti regional sülh prosesinin irəliləməsində tarixi rol oynayıb. Azərbaycan səfiri həmçinin Orta Dəhlizin əsas komponenti kimi TRIPP layihəsinin uğurunun təmin edilməsinin vacibliyini vurğulayıb. (modern.az)

Siyasi       Tarix: 22 dekabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 xeberler bu qun bu gune olan xeberler havanın temperaturu