Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvləri bu məsələlərdə razılığa gəldi

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvləri bu məsələlərdə razılığa gəldiAzərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşlərində əldə edilən razılaşmalar, qəbul edilən qərarlar açıqlanıb.
KONKRET.azxəbər verir ki, bu barədə Milli QHT Forumu İdarə Heyətinin sədri, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu "Sülh Körpüsü" Təşəbbüsünün üzvü Ramil İskəndərli danışıb.
O deyib ki, noyabrın 21-22-də Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri həyata keçirilib: "Bu səfər çərçivəsində iki gün Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan tərəfdən vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü keçirildi. Bu təşəbbüsdə Ermənistandan olan vətəndaş cəmiyyətinin nümayəndələri Arek Koçinyan, Boris Novasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan və azərbaycanlı həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Fuad Abdullayev və mən iştirak etmişik. Bu prosesin keçən ay İrəvanda başlandığını nəzərə alaraq, artıq Bakı görüşündə bu təşəbbüsün konkret bundan sonra öz adı ilə bir fəaliyyət göstərməsi barədə qərar verilib. Bu, "Sülh Körpüsü" Təşəbbüsü adlanacaq. Bundan başqa, görüş zamanı Azərbaycan və Ermənistan arasında ümumiyyətlə normallaşma, sülh prosesi barədə fikir mübadiləsi aparılıb, mövcud vəziyyətlə bağlı müzakirələr olub. Eyni zamanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqun bərpasında rolu, yaxın gələcəkdə məhz bu rolun həyata keçirilməsi, yəni icra olunacaq birgə fəaliyyətlər müzakirə olunub. Sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual məsələlər barədə də ayrıca müzakirələr aparılıb".
Azərbaycan və Ermənistan mediası arasında əlaqələr qurulacaq
Ramil İskəndərli qeyd edib ki, belə bir razılıq da əldə olunub ki, həm media sahəsində əlaqələrin qurulmasının intensivləşdirilməsi həyata keçirilsin: "Eyni zamanda müxtəlif sahələr üzrə fəaliyyət göstərən ekspertlər arasında birbaşa əlaqələr qurulsun. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin məlumatlandırılması, onların bu prosesə cəlb olunması mexanizmləri barədə də razılıq əldə olunub. Həmçinin davam edən sülh prosesi çərçivəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə qərar verilib. Hesab edirəm ki, bu görüşün əsas fərqli cəhəti odur ki, nəticə yönümlü oldu, sadaladığım razılaşmalar əldə edildi, qərarlar verildi".
Hikmət Hacıyev erməni ekspertlərin suallarını cavablandırıb
"Sülh Körpüsü" Təşəbbüsü nün üzvü nəzərə çatdırıb ki, "Sülh körpüsü" Təşəbbüsü üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb: "Prezidentin köməkçisi qrup üzvləri ilə səmimi şəraitdə bir görüş keçirdi, fikir mübadiləsi apardı. Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində addımlar müzakirə olundu, həmçinin sualları da cavablandırdı. Bu, proqramın rəsmi tərəfi idi".
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvləri Bakını gəziblər
O bildirib ki, proqramın qeyri-rəsmi, mədəni tədbirlər hissəsi də həyata keçirilib: "Bu çərçivədə Bakıya səfər etmiş qonaqlar müxtəlif yerlərə – Botanika bağına səfər etdilər, Şirvanşahlar sarayı, Qız qalası da daxil olmaqla, İçəri şəhərə tur həyata keçirildi. Dənizkənarı bulvar ərazisində də gəzinti həyata keçirildi, Nizami küçəsində də oldular. Kukla teatrı, Kiçik Venesiya zonası ilə də yaxından tanış oldular. Proqramın ikinci günündə onlar Ağ şəhərə səfər etdilər, onlara marağına səbəb olacaq bir arxitektura ilə tanış oldular. Bu proqramın əsas mədəni hissələrindən biri də Heydər Əliyev Mərkəzinə səfər idi. Bu, onların çox maraqına səbəb oldu. Qonaqlar orada həm daimi, həm də müvəqqəti sərgi kompozisiyaları ilə tanış oldular. Heydər Əliyevin həyat yolunu göstərən zonada şahid oldular. Bu səfərin həm rəsmi, həm də qeyri-rəsmi mədəni hissəsi də böyük marağa səbəb oldu.//APA

Siyasi       Tarix: 23 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. xəbər verir ki, energetika nazir

Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb

"Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür".  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xaric

İran Hörmüzü bağlı saxlayır - ABŞ həll yolu tapdı: regionun nefti indi hara gedəcək?

ABŞ-ın Energetika naziri Kris Rayt bildirib ki, neft bazarları Hörmüz boğazının açılması üçün İranla razılaşma gözləmək əvəzinə, alternativ həll yollarından istifadə etməlidir. KONKRET.azxəbər verir ki, Raytın sözlərinə görə

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib

Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nı təsdiq edib. xəbər verir ki, bununla bağlı dövlət başçısı yen

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Fərid Şəfiyevə 3 müavin də təyin edildi

Bu gün Fərid Rauf oğlu Şəfiyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlar

Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzr

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Lavrov Zarubinə güc tətbiq etdi, bunları dedi

Rusiya xarici işlər naziri Sergey Lavrov BRİKS sammitində jurnalist Pavel Zarubinlə maraqlı dialoqu ilə diqqət çəkib. KONKRET. -a istinadən xəbər verir ki, hadisə Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş nazir


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan ən son xəbərlər cəbhədən son məlumat hava