Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı
4 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
XİN-dən azxeber.com-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və əməkdaşlıq perspektivləri, habelə regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Seyid Abbas Əraqçi İran ətrafında aparılan danışıqlar prosesi və son vəziyyətlə bağlı ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov regional sabitliyin qorunması baxımından diplomatik səylərin əhəmiyyətini vurğulayıb.
Tərəflər, həmçinin ikitərəfli və regional gündəlikdə duran digər məsələlər və son proseslər ətrafında müzakirələr aparıblar.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK