Azərbaycan və İsveçrə XİN rəhbərləri beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
12 mart tarixində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kasis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
azxeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, nazirlər beynəlxalq və regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Mövcud gərginliyin daha da artmasının yolverilməz olduğu vurğulanaraq, böhranın dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi qeyd edili
İsveçrə naziri ölkəmizə qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib. O, həmçinin İran ərazisindən İsveçrə vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə ölkəmizə təşəkkür edib.
Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Bu çərçivədə aprel ayında Xarici İşlər Nazirlikləri arasında keçiriləcək siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK