Azərbaycan və Niderland XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və Niderland XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildiAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Niderland Krallığının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Niderland tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktoru Thijs van der Plas rəhbərlik ediblər.
Məsləhətləşmələr zamanı 2022-ci ilin aprel ayında Azərbaycan və Niderland arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinin qeyd olunacağı, bu müddət ərzində ölkələrimiz arasında münasibətlərin bütün sahələrində, o cümlədən siyasi, mədəni, humanitar sahələrdə inkişaf etdiyi bildirilib. Həmçinin, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. İkitərəfli ticari-iqtisadi əlaqələr üçün geniş potensial imkanların mövcud olduğu qeyd edilib.
Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb və bu xüsusda, siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.
X.Xələfov qarşı tərəfə 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası və orada həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində X.Xələfov Niderland Krallığı Senatının xarici məsələlər, müdafiə və inkişafa yardım üzrə daimi komitəsinin sədri Ernest Bastiaan von Apeldoorn ilə görüş keçirib və iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparıb.

Siyasi       Tarix: 16 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər son xabar xabarlar cəbhədən yeni xəbərlər