Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir - FOTO

Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir - FOTOAzərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir - FOTO
Fevralın 18-də "Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM-un baş direktoru İqor Moiseyenkonun başçılıq etdiyi heyətin Bakıya səfəri baş tutub.
Səfər çərçivəsində Rusiya nümayəndə heyəti "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyevlə görüş keçirib. İkitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə "Azəraeronaviqasiya" HHİ-nin və "Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM-un rəhbərləri əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Görüşdə tərəflər son illərdə hava daşımalarının həcminin artdığını və buna görə təhlükəsiz və keyfiyyətli hava naviqasiyası xidmətlərinin göstərilməsinin iki təşkilatın əməkdaşlığında vacib istiqamət olduğunu qeyd ediblər.
Memorandumun imzalanması gələcəkdə hava hərəkətinin idarə edilməsi problemlərinin həlli üçün müasir texnologiyaların hazırlanması və tətbiqində milli aeronaviqasiya xidmətləri təchizatçılarının birgə fəaliyyətinə töhfə verəcək.
"Bu memorandum hava gəmilərinin təhlükəsizliyinin təmin edilməsi və hava naviqasiyası sisteminin keyfiyyətinin artırılması sahəsində qarşılıqlı dəstəyin bariz nümunəsidir. Bu, həmçinin, hava məkanından səmərəli istifadə sahəsində beynəlxalq tələblərin çevik şəkildə tətbiq edilməsinə imkan verəcək", - Fərhan Quliyev qeyd edib.
Qeyd edək ki, qonşu dövlətlərlə sıx əməkdaşlıq və təcrübə mübadiləsi "Azəraeronaviqasiya" HHİ-nin strateji hədəfi – dünya hava naviqasiya sisteminə uyğunlaşması və davamlı texniki və texnoloji inkişaf yolu ilə inteqrasiya olmasında mühüm rol oynayır.
"Biz azərbaycanlı həmkarlarımızla əməkdaşlığın genişlənməsini alqışlayırıq. Belə yanaşma bizə yaxın gələcəkdə artan hava hərəkəti fonunda ortaya çıxan qlobal və lokal problemləri birgə və səmərəli şəkildə həll etməyə imkan verəcək", – İqor Moiseyenko qeyd edib.
"Azəraeronaviqasiya" HHİ Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. AZANS hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir, onlardan 300 hava gəmisi Azərbaycan ərazisindən keçən tranzit reyslər yerinə yetirir.
"Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM Rusiya Federasiyası Hökumətinin fərmanı əsasında mülki aviasiya uçuşlarının təhlükəsizliyinin və müntəzəmliliyinin təmin edilməsi, hava nəqliyyatının təşkilində vahid iqtisadi sistemin formalaşdırılması məqsədi ilə yaradılıb.
Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir - FOTOAzərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir - FOTO

Turizm       Tarix: 18 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün