Azərbaycan və Slovakiya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL)QSC-nin prezidenti Samir Rzayev Slovakiya Respublikasının Azərbaycandakı fövqəladəvə səlahiyyətli səfiri Elçin Qasımovla görüşüb. Görüş zamanı Azərbaycan iləSlovakiya arasında aviasiya əlaqələrinin inkişaf perspektivləri və mülkiaviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
azxeber.com xəbər verir ki, görüşdəəsas diqqət iki ölkə arasında səyahət edən sərnişinlər üçün yeni imkanlarınyaradılmasına və nəqliyyat əlçatanlığının artırılmasına yönəldilib. Bu çərçivədəbildirilib ki, daha əvvəl AZAL rəhbərliyi ilə "Wizz Air" aviaşirkəti arasındakeçirilən işgüzar görüş nəticəsində Bakı–Bratislava–Bakı marşrutu perspektivliistiqamət kimi nəzərdən keçirilib və təsdiqlənib. Sözügedən marşrut üzrə reyslərinHeydər Əliyev Beynəlxalq Aeroportundan gələn ildən etibarən "Wizz Air" aviaşirkətitərəfindən icrası planlaşdırılır.
AZAL-ınprezidenti bildirib ki, Bakı – Bratislava marşrutunun açılması turizm, biznes vəhumanitar əlaqələrin inkişafına töhfə verəcək, eyni zamanda sərnişinlər üçündaha geniş istiqamət seçimi və rahat uçuş imkanları yaradacaq.
Öznövbəsində səfir Elçin Qasımov Slovakiya tərəfinin birbaşa aviareysinaçılmasında maraqlı olduğunu vurğulayaraq Bratislava şəhərindən "Wizz Air"aviaşirkətinin 30-dan artıq istiqamət üzrə geniş marşrut şəbəkəsinə malikolduğunu, həmçinin Slovakiyada 5 mindən çox Azərbaycan vətəndaşının yaşadığınıdiqqətə çatdırıb.
Sonillər ərzində AZAL-ın marşrut şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənərəkAvropa, Asiya, Mərkəzi Asiya və Körfəz regionu üzrə əvvəlki 25 istiqamətdən40-a yaxın istiqamətə çatması və hava limanının aviasiya şəbəkəsində mühümmövqeyə malik olması görüş zamanı müzakirə olunub. Paralel olaraq aviaşirkətparkın mərhələli şəkildə yenilənmə prosesini davam etdirir, müasir və yanacağaqənaətcil "Airbus" və "Boeing" təyyarələri ilə donanmasını gücləndirir ki, buda əməliyyat səmərəliliyinin və sərnişinlərə göstərilən xidmət keyfiyyətininyüksəldilməsinə xidmət edir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür