Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi "Dostluq dəhlizi" adlandırılıb - VİDEO

Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi "Dostluq dəhlizi" adlandırılıb - VİDEOAzərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi "Dostluq dəhlizi" adlandırılıb - VİDEO
İki qardaş dövlət – Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi "Dostluq dəhlizi" adlandırılıb.
Bu ilin avqust ayında Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı baş tutub.
Naxçıvan Muxtar Respublikasının geosiyasi mövqeyini nəzərə alsaq, "Dostluq dəhlizi" önəmli strateji əhəmiyyətə malikdir. Dəhlizin sayəsində iki ölkə arasında digər qonşu dövlətlərin ərazilərini yan keçərək birbaşa hava əlaqəsi yaradılıb.
Birbaşa hava dəhlizi Araz çayı boyunca uzanan iki ölkə arasındakı 15 kilometrlik sərhəddən keçir. Qeyd edək ki, 28 May 1992-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə burada avtomobil körpüsü və Sədərək-Dilucu sərhəd-keçid məntəqəsi açılıb.
Digər ölkələrin ərazisini yan keçərək Naxçıvan və Türkiyə arasında əlaqə yaradılmasına imkan yaradacaq dəhlizinin açılması ilə bağlı intensiv işlərə 2018-ci ildə başlanılıb.
Layihə "Azəraeronaviqasiya" (AZANS), Türkiyənin Dövlət Hava Limanları Təşkilatı (DHMİ) və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) əlaqələndirilmiş işi sayəsində qısa müddətdə həyata keçirilib.
Dövlətlərarası bütün zəruri razılaşmalar əldə edilmiş və imzalanmışdır. Layihənin unikallığı ondan ibarətdir ki, yeni dəhliz qonşu ölkələrin ərazilərinə çox yaxın məsafədən keçir. Bu məqsəd ilə AZANS yeni hava dəhlizinə İCAO-nun xüsusi tələblərini tətbiq edib.
Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq uçuşların həyata keçirilməsi və Naxçıvan Muxtar Respublikası ilə hava əlaqələrinin genişlənməsinə böyük töhfə verəcək.
AZANS – "Azərbaycan Hava Yolları" QSC-nin struktur bölməsi olub, Azərbaycanın hava məkanına görə məsuliyyət daşıyır və regionun ən böyük hava hərəkəti idarəsidir. Ümumi məsuliyyət sahəsi 165,4 min kvadrat kilometrdir, bunun da 86,6 mini ölkənin quru ərazisi, 78,8 min kmilometri isə Xəzər dənizi üzərindəki hava məkanıdır.
Azərbaycanın hava məkanından 20 beynəlxalq hava dəhlizi keçir, marşrut şəbəkəsinin uzunluğu isə 11 min kilometrə yaxındır.
"Azərbaycan Hava Yolları" yeni "Dostluq dəhlizi"nə həsr olunmuş video hazırlamışdır. Videonu keçiddən izləyə bilərsiniz: 

/oxu.az

Turizm       Tarix: 04 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal bugun xəbərlər.com cəbhədən son xəbərlər 2026 son.xabar