Azərbaycan XİN: "Bu, Türkiyə ilə qardaşlığımızın növbəti bariz nümunəsidir
Azərbaycan XİN: "Bu, Türkiyə ilə qardaşlığımızın növbəti bariz nümunəsidir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradəsinə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin ruhuna uyğun olaraq, Türkiyəyə məxsus təyyarə ilə bu ilin 1 fevral tarixində Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə Çin Xalq Respublikasının Uxan şəhərindən təxliyyə ediliblər.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Oxu.Az-ın sorğusuna cavab olaraq açıqlamasında bildirib.
O qeyd edib ki, təyyarənin bu gün axşam radələrində Türkiyə ərazisinə enməsi gözlənilir:
"Bununla əlaqədar olaraq qardaş Türkiyə Respublikasına təşəkkürümüzü ifadə edirik. Bu, Azərbaycan və Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir.
Uçuşdan öncə təxliyyə olan vətəndaşlarımız həkim müayinəsindən keçiblər, onların sağlamlıq durumu qənaətbəxşdir. Vətəndaşlarımız könüllü əsasda iki həftəlik müddətdə Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaqlar, daha sonra Azərbaycana qayıdacaqlar.
Vətəndaşlarımıza göstərdikləri dəstəyə görə, həmçinin Çin Xalq Respublikası hökumətinə də təşəkkürümüzü bildirir və bu müvəqqəti çətin günlərdə dost Çin xalqı və dövləti ilə həmrəylimizi ifadə edirik".
İlhamə Əbülfət /oxu.az

Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı