Azərbaycan XİN rəhbəri: Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir

Azərbaycan XİN rəhbəri: Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir"Azərbaycanın Ermənistanın 30 illik işğalına son qoyması ilə iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaza sülhün gəlməsi üçün fürsət yaranıb".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Anadolu" agentliyinə müsahibəsində deyib.
O, rəsmi Bakının 2021-ci ildə İrəvana düşmənçilik səhifəsini bağlamağı təklif etdiyini və bu çağırışın təxminən bir il cavabsız qaldığını xatırladıb:
"2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndini Ermənistana təqdim etdikdən sonra həmin ilin oktyabr ayında iki ölkə arasında müzakirələr başlayıb. Sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistana təqdim edilib. Danışıqlar təxminən iki il yarım çəkib. Təxminən bir ay əvvəl müzakirələr başa çatıb və mətnlə bağlı razılıq əldə olunub. Danışıqlar davam edərkən biz Ermənistanı və prosesdə maraqlı olan digər ölkələri bu məsələlərlə bağlı məlumatlandırmışıq. Həll edilməli olan mühüm amillər mövcuddur. Bunlardan ən önəmlisi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların yer almasıdır. Bu, davam etdikcə sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir".
Nazir qeyd edib ki, Azərbaycanın daha bir şərti 1990-cı illərdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlıdır:
"ATƏT-in Minsk Qrupu 30 ildir heç bir nəticə əldə etməyib. Artıq Qarabağ məsələsi həll olunub və bu ərazilər Azərbaycanın bir hissəsidir. Ermənistan da bunu qəbul edib. Belə olan halda Ermənistanın Minsk Qrupunun fəaliyyətini davam etdirmək üçün davamlı səyləri bizdə suallar doğurur. Biz israrla Minsk Qrupunun buraxılmasını tələb edirik və gözləyirik". / azxeber.com

Siyasi       Tarix: 13 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. xəbər verir ki, mərasim Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı il

Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr – Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin X səhifəsində qeyd olunub. "Dost və qardaş Azərbaycanı

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. xəbər verir ki, energetika nazir

Lavrov: "Avropa İttifaqı Ermənistanı aldadacaq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Aİ hakimiyyətinin avrointeqrasiya məsələsində Ermənistanı aldadacağını bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın RT nəşri yazıb. Lavrov Ermənistanın Aİ-yə necə daxi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər bugunun xeberleri en son xəbərlər bugün valyuta mezennesi banklar