Azərbaycan yeni müharibə ilə üz-üzə: Bakı hazırlıqlara başladı

Azərbaycan yeni müharibə ilə üz-üzə: Bakı hazırlıqlara başladıAzərbaycan 2025-ci ildə hərbi xərclərini 468.0 milyon manat (275.2 milyon dollar) azaldacaq. Ermənistanın silahlanması fonunda bu məqam diqqət çəkir.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, prinsip etibarilə belə bir addımın atılması gözlənilirdi. Belə ki, işğal faktoruna görə rəsmi Bakı hər il dövlət büdcəsinin böyük hissəsini ordu xərclərinə ayırırdı. Bu xərclər həm yeni texnika, silah-sursatın alınması, həm də mövcud arsenalın yenilənməsinə xərclənirdi.
44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror əməliyyatları ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Qarabağ mərhələsi bitdi. Delimitasiya, demarkasiya, habelə sülh danışıqlarının uğurla davam etdiyini nəzərə alsaq, hərbi xərclərin azaldılmasında təəccüblü nəsə yoxdur.
Rəsmi Bakı indiki məqamda prioritet məsələ kimi işğaldan azad edilən ərazilərin bərpası, habelə böyük qayıdış siyasəti çərçivəsində vətəndaşların torpaqlarına qayıtmasına daha çox diqqət ayırır. Prosesin qısa zamanda yekunlaşması üçün müəyyən sahələrdə kəsintiyə gedilməsi normaldır. Qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzurun qurulmasına Azərbaycanın dövlət büdcəsindən gələn il 4 milyard manat ayrılacaq.
Azərbaycanın atdığı bu addım həm də siyasi motivlidir. Belə ki, son aylar xüsusilə Qərb mediasında rəsmi Bakının Ermənistana qarşı yeni əməliyyatlara hazırlaşdığı, hətta Zəngəzura hərbi müdaxilə edəcəyi ilə bağlı absurd xəbərlər, yazılar dərc edilir. Başda Fransa olmaqla bir sıra ermənipərəst ölkələr bu istiqamətdə uydurma "kəşfiyyat" materiallarını Ermənistana təqdim edir. Yəni faktiki olaraq regionda gərginlik atmosferi yaradılır.
Azərbaycan sürətlə silahlanan Ermənistanla müqayisədə ordu xərclərini azaldaraq, niyyətinin yeni müharibə və işğal olmadığının mesajını verir. Təbii ki, qeyd olunan məbləğ ümumi xərclərin kiçik hissəsidir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmadığından gərginlik riski hər zaman var. Yəni Ordumuz bundan sonra da güclənəcək.
Bununla belə, Bakı konkret mesaj verir ki, onun üçün işğaldan azad olunan ərazilərin intensiv quruculuğu daha vacibdir. Müharibədə isə ümumiyyətlə, maraqlı deyilik.
 

Siyasi       Tarix: 25 avqust 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler valyuta mezennesi 2026 cəbhədən son xəbər sonxabar az