Azərbaycana buraxılmayan "Arzuolunmaz şəxs"lərin sayı açıqlandı
"Sərhəd Nəzarətinin Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən etibarən axtarışda olan 26 min 865 nəfər saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil verilib, ümumilikdə 86 min 123 əməliyyat tapşırığı yerinə yetirilib".
azxeber.com xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda DSX Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyev deyib.
O qeyd edib ki, dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 58 min 503 nəfər barəsində müvafiq qərarlar qəbul edilib.
"Eyni zamanda, müxtəlif səbəblərdən "arzuolunmaz şəxs" qismində 2 min 106 əcnəbi ölkə ərazisinə buraxılmayıb.
Qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 3 min 599 halda aşkar edilərək götürülmüş qaçaqmalın ümumi təxmini dəyəri 442 milyon 227 min 857 manat təşkil edib, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1028 halda ümumi çəkisi 7 ton 422 kiloqram 400 qram narkotik vasitə və 86 min 246 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb", - deyə E.Verdiyev əlavə edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub