Azərbaycana göstərilən yardım kifayət deyil - Bayramov

Azərbaycana göstərilən yardım kifayət deyil - BayramovBiz mina təhlükəsi ilə bağlı ümumi narahatlığı paylaşan tərəfdaşlarımıza və Azərbaycanın humanitar mina təmizləmə işlərinə verdikləri töhfəyə görə minnətdarıq. Lakin göstərilən yardım bu problemin miqyasını nəzərə aldıqda kifayət deyil.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda mina təmizləmə işlərinin 90%-dən çoxu milli resurslar hesabına maliyyələşdirilir ki, bu da problemin miqyası baxımından kifayət deyil.
"Azərbaycan üçün bu insan tərəfindən törədilmiş fəlakətin gətirdiyi əzablar keçmişdə qalmayıb – o, bu gün də aktual bir məsələdir. Mina partlayışları insan həyatına son qoymağa və bərpa proseslərini ləngitməyə davam edir. Buna görə də, insan həmrəyliyi naminə, Azərbaycanda mina təmizləmə fəaliyyətlərini daha da gücləndirmək və genişləndirmək üçün beynəlxalq dəstəyi artırmaq vacibdir", – nazir vurğulayıb.
XİN başçısı qeyd edib ki, minalardan əziyyət çəkən bir ölkə kimi Azərbaycan, humanitar mina təmizlənməsində beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini birbaşa anlayır: "Azərbaycan öz minalanmış ərazilərinin təmizlənməsi ilə yanaşı, qlobal humanitar mina təmizləmə səylərinə də əhəmiyyətli töhfə verir. Belə ki, Azərbaycan Türkiyə, Gürcüstan, Əfqanıstan və Ukraynada mina təmizləmə layihələrinə dəstək göstərib.
Münaqişənin başa çatmasından sonra, Azərbaycan üç beynəlxalq mina konfransı təşkil edib və bu tədbirlər mina təmizləmə üzrə ekspertlər, müdafiəçilər və praktikləri bir araya gətirib. Bu cür konfranslar mina təhlükəsinə dair dialoqu təşviq etmək, təcrübə mübadiləsi aparmaq və mina ilə bağlı problemləri gündəmə gətirmək baxımından xüsusi əhəmiyyət daşıyır".
C.Bayramov diqqətə çatdırıb ki, minaların yaratdığı faciəvi təcrübə Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa aktiv töhfə verməsinə səbəb olub: "Biz inanırıq ki, birgə səylərlə insan həyatını xilas edə bilərik və gələcək nəsillər üçün daha təhlükəsiz və firavan bir dünya qura bilərik".

Siyasi       Tarix: 21 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele enson xeberler cəbhədən son görüntülər son.xabar