Azərbaycana illik 3 milyard dollara yaxın valyuta daxilolmaları gözlənilir - Elşad Məmmədov - VİDEO
TANAP-ın reallaşmasını Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü, hər iki ölkənin yeni zəfəri adlandırmaq olar. Layihənin üstünlükləri təkcə enerji baxımından deyil, həm də Xəzər bölgəsindən Avropaya qədər uzanan marşrut üzərindəki bütün ölkələrin rifahına töhfə verməsidir.
Prezident İlham Əliyevin prinsipial siyasəti, qətiyyətli mövqeyi ilə daha bir xəyal gerçəyə çevrildi. Şübhəsiz ki, Xəzər dənizindəki ehtiyatların Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Milli.Az xəbər verir ki, Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı videolayihə çərçivəsində Trend-ə bildirib ki, TANAP-ın reallaşması universal makroiqtisadi göstəricilərin, tədiyyə balansının, dövlət büdcəsinin və Ümumi Daxili Məhsulun (ÜDM) formalaşması baxımından milli iqtisadiyyatımız üçün dayanıqlı üstünlüklər vəd edir:
"Mənim hesablamalarıma görə, Azərbaycana illik 3 milyard dollara yaxın valyuta daxilolmaları gözlənilir. Ölkə iqtisadiyyatının dayanıqlılığı həm investisiya axınları, həm də bütövlükdə iqtisadiyyatımızın şaxələndirilməsi üçün son dərəcə önəmlidir və biz faktiki olaraq qazın neftdən sonra ölkə iqtisadiyyatının dayanıqlığına xidmət edən ikinci bir sahə kimi mövqeləşməsinin şahidi oluruq. Bunu da biz məhz Trans-Anadolu qaz kəmərinin reallaşması və bütövlükdə Cənub Qaz Dəhlizinin həyata keçirilməsi ilə bu prosesin şahidi oluruq. Bu da bir daha onu deməyə əsas verir ki, dövlət başçısı tərəfindən enerji strategiyasının reallaşdırılması Azərbaycana dünya bazarında çox ciddi və dayanıqlı rəqabət üstünlükləri verdi".
Milli.Az
/news.milli.az
f Paylaş
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib