Azərbaycana qarşı genişmiqyaslı kibermüharibəni kim elan edib? - ARAŞDIRMA
Fevralın 20-si günün birinci yarısında "Global Media Group"a daxil olan onlayn resurslara kütləvi haker hücumu həyata keçirilib və nəticədə Report.Az, Oxu.Az, Media.Az, Baku.ws və Baku TV kimi saytların fəaliyyətində fasilələr yaranıb. Saytların serverlərini və idarəetmə panellərini sındırmaq cəhdləri olub. Caliber.Az da istisna deyildi.
KONKRET.az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetində bildirilir.
"Elə ilk dəqiqələrdən müvafiq mütəxəssislərə məlum oldu ki, onlar klassik "DDoS" hücumu ilə deyil, məqsədyönlü şəkildə serverləri ələ keçirmək cəhdi ilə üzləşiblər. Bu cür əməliyyatlar həvəskar hakerlərin və ya "haktivistlərin" imkanlarından çox kənara çıxır və yüksəkixtisaslı kibermütəxəssislərin, ehtimal ki, hətta müəyyən bir ölkənin kəşfiyyat xidmətlərinin əməkdaşlarının da işinə işarə edir. Burada iki sual yaranır: məhz hansı ölkə və bu nə üçün lazım idi?
Gəlin bunu anlamağa çalışaq.
Hakerlərin hücum etdikləri bəzi internet resurslarının əsas səhifələrində yerləşdirdikləri dini mövzulu görüntülərə nəzər salsaq, ağlımıza gələn ilk fikir bütün bunların arxasında Cənubdakı qonşumuz İranın dayanmasıdır. Ancaq burada bir neçə əhəmiyyətli ziddiyyətlər var. Əvvəla, bu, məhz indi İrana niyə lazımdır? Məhz İran İslami Məşvərət Şurasının sədri, ali rəhbər Əli Xameneiyə yaxın şəxslərdən sayılan Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətinin Bakıda olduğu həmin gün – təsadüfi deyil ki, o, uzun illər Tehrana rəhbərlik edib, sonra isə İran Məclisinin sədri vəzifəsində Əli Laricanini əvəz edib. Qalibaf Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə iranlı qonaq ölkəsinin regionda sabitlik və təhlükəsizliyin təmin edilməsində Azərbaycanla ortaq maraqlara malik olduğunu qeyd edib", – deyə material qeyd olunub.//Oxu.az
Daha ətraflı süjetdə:
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı