Azərbaycana səfər edən xarici turistlərin sayı artıb

Azərbaycana səfər edən xarici turistlərin sayı artıbAzərbaycana səfər edən xarici turistlərin sayı artıb
Noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 2018-ci ilin eyni ayı ilə  müqayisədə 13,3 faiz artaraq, 241 minə çatıb. 
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. 
Bildirilib ki, gələnlərin sayına görə 69 minlə Rusiya, 68 minlə Gürcüstan ən yüksək göstəricilərə malikdirlər. 
Qeyd edilməlidir ki, gələnlərin yarıdan çoxunu, yəni 56,7 faizini bu iki ölkənin vətəndaşları təşkil edib. 
Faiz göstəricilərinə görə ən yüksək artım tempi müvafiq olaraq 33,5 faiz, 40,1 faiz və 35,5 faizlə İran, eləcə də, Cənubi və Mərkəzi Asiya ölkələri üçün müşahidə olunur. 
Cənubi Asiya ölkələri arasında Hindistandan gələnlər içində 76,3 faiz göstərici ilə nəzərəçarpan artım qeydə alınıb. Türkiyə və Yaxın Şərqdən gələnlərin sayı isə 3,4 min və 2 min nəfər artaraq, 27 min və 17 min nəfər təşkil edib.
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz və ya 292 min nəfər artıb. Bu artım da 2017-ci ildən 2018-ci ilə olan artımdan 6 faiz, təqribən iki dəfə çoxdur. Xarici ölkələrdən gələnlərin üçdə birini Rusiya vətəndaşları təşkil edib. 
Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Rusiyadan gələnlərin sayı 49 min və ya 6 faiz artaraq, 866 min nəfər olub. Ən yüksək artım müvafiq olaraq 20,2 faiz, 46,7 faiz və 38 faiz daha çox Gürcüstan, Mərkəzi və Cənubi Asiya ölkələrindən müşahidə edilib. 
Ümumilikdə isə dövr ərzində bu ölkələrdən 661 min, 120 min və 107 min nəfər ziyarətçi gəlib.  
Əvvəlki aylarda olduğu kimi, Orta Asiya ölkələri arasında ən çox əcnəbi qonaq Türkmənistan (49 min; 91,9 faizlə əhəmiyyətli artım) və Qazaxıstandan (43 min; 24,5 faiz artım), Cənubi Asiya ölkələrindən isə Hindistan (59 min; 67,7 faizlə əhəmiyyətli artım) və Pakistandan (42 min; 12,2 faiz artım) gəlib. Türkiyə və İrandan gələn xarici qonaqların sayı müvafiq olaraq 8,3 faiz və 3,7 faiz artaraq, 289 və 235 min nəfərə çatıb.
Könül Cəfərli /oxu.az

Turizm       Tarix: 11 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün