Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edildi

Azərbaycanda 2024-cü il Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
Azərbaycan Prezident Administrasiyasına ölkədə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Siyasi       Tarix: 25 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ, İsrail və BƏƏ birləşdi - Nə baş verir?

ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail texnologiya və iqtisadi əməkdaşlığın inkişafına həsr olunmuş ilk üçtərəfli danışıqlarını keçirib. xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi artım, energetika v

Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan səfiri Ağalar Atamoğlanovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. KONKRET.azölkənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumat

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. xatırladır ki, Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərb

Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik etdi - Foto

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbayan Silahlı Qüvvələrini təbrik edib. xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Azərbaycan Silahlı Qüvvələrinin 108-ci ildönüm

Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterl

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciət mətnini Azərbaycan Respublikası Prezidentini

Trampın keçmiş köməkçisindən ŞOK ETİRAF - Həbs edilə bilər

ABŞ prezidenti Donald Trampın kəskin tənqidçisi, Ağ Evin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton məxfi sənədlərlə bağlı cinayət işi üzrə günahını etiraf edib. xəbər verir ki, cümə günü Merilend ştatının federa

Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir

Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır. xəbə

İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT

İran və ABŞ Körfəzdə hücumları davam etdirib. Tərəflər iki həftədən az əvvəl imzalanmış və dörd aydır davam edən müharibəyə son qoymalı olan müvəqqəti razılaşmanın pozulmasına görə bir-birini ittiham edirlər. KONKRET.azxəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər cəbhədən xəbər xəbər az xeber