Azərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub - FOTO

Azərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub - FOTO
Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. 
Azərbaycan Prezidenti İlham Əliyev təhsilin inkişafına çox böyük önəm verir. Dövlətin təhsilə ayırdığı vəsaitin həcmi ildən-ilə artır, bu, dövlətin insan kapitalına qiymətinin təzahürüdür.
Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda məktəb binası tikilib və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.
Prezident mütəmadi olaraq ölkədə təhsil komplekslərinin açılışında iştirak edir. Bu gün də Prezident İlham Əliyev Əmircan qəsəbəsindəki 154 nömrəli məktəbin açılışında iştirak edib.
Təhsil eksperti Elçin Süleymanov Oxu.Az-a son illər təhsil sahəsində görülən işlər barədə danışıb.
O bildirib ki, Azərbaycanda son illərdə təhsil infrastrukturunun artirilmasi istiqamətində çox əhəmiyyətli işlər görülüb:
"Xüsusi ilə 2005-2014-cü illər ərzində "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilməsi  "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunması əhəmiyyətli addım idi. Eyni zamanda,  "Təhsilə dəstək" layihəsi çərçivəsində isə respublika üzrə 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilib. 2020-2021 tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan səkkizi yeni tikilən, beşi əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir".
Ekspert qeyd edib ki, 2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək ki, onların da 60-ı modul tipli məktəbdir:
"Şagirdləri az olan bölgələrdə modul tipli məktəblər tikilməklə, çeviklik və əhatəliyə daha yaxşı nail olunub. Elə bir həftə ərzində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən üç təhsil müəssisəsinin açılışının olması - UNEC-in 3 saylı tədris korpusunun və ADA-nın iki yeni tədris binasının, eyni zamanda 251 nömrəli tam orta məktəbin təmirdən sonra açılması Azərbaycanda təhsilə verilən qiymətin bariz göstəricisidir. Hazırda Azərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub. Bu çox böyük göstəricidir.
Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə görülən  işlər ardıcıl xarakter daşıyır. Bunun məntiqi davamı olaraq hər il keçirilən qəbul imtahanlarında şagirdlərin göstəriciləri artmaqdadır. Eyni zamanda, məktəblilərimiz beynəlxalq olimpiyadalarda daha yaxşı nəticələr göstərməktədir".
Bütün bunlar  göstərir ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir, Azərbaycan dövləti bu sahədə üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.
Son olaraq ölkədə açılışı olan məktəblər və gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulan təhsil müəssisələri barədə statistikanı təqdim edirik.
Azərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub - FOTOAzərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub - FOTOAzərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub - FOTO

Sosial       Tarix: 14 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər son xeberler 2026 azerbaycanda son xeberler sou xeberler bugun