Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər
Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Ağdərə rayonunun Suqovuşan kəndinə gəlib.
azxeber.com xəbər verir ki, səfərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə 20-si səfir olmaqla 60-dan çox diplomat iştirak edir.
Səfər zamanı diplomatlar və hərbi attaşelər Suqovuşanda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əyani tanış olmaq imkanı əldə ediblər.
Nümayəndə heyəti əsas infrastruktur obyektlərində, o cümlədən Suqovuşan və Sərsəng su anbarlarında, eləcə də işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatının bərpasında və enerji təminatında mühüm rol oynayan "Yuxarı Vəng" su elektrik stansiyasında olub.
Diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun gələcək perspektivlərini, eləcə də işğaldan azad edilmiş torpaqların davamlı inkişafı və sülh yolu ilə inteqrasiyasının təmin edilməsi istiqamətində ölkəmizin səylərini qiymətləndirməyə imkan verib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb