Azərbaycanda alimin koronavirusa yoluxmasına görə institut bağlanır? - İDDİA/YENİLƏNİB + FOTO
Azərbaycanda alimin koronavirusa yoluxmasına görə institut bağlanır? - İDDİA/YENİLƏNİB + FOTO
AMEA Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun koronavirusa görə müvəqqəti bağlanması barədə yeni iddia səslənib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, institutun direktoru, akademik Vaqif Abbasov tərəfindən işçilərin hamısının koronavirusa görə məzuniyyətə göndərilməsi barədə göstəriş verilib.
Bildirilir ki, yoluxanlar arasında bir neçə laboratoriya müdiri də var.
11:51
AMEA Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda koronavirusun yayılması ilə bağlı iddialar yayılıb.
Bildirilib ki, AMEA-nın müxbir üzvü Ziyafəddin Əsədov koronavirusa yoluxub, vəziyyəti ağırdır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib.
Alim bir həftə evdə müalicə alıb, vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Süni tənəffüs cihazına qoşulacağı gözlənilir.
Bildirilir ki, institutun laboratoriya otağı iki həftəlik bağlanıb, dezinfeksiya edilib.
Neft-Kimya Prosesləri İnstitutundan Oxu.Az-a bildirilib ki, hazırda Ziyafəddin Əsədov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alır:
"Laborotoriya otağının iki həftə bağlanması ilə bağlı məlumat düzgün deyil. İşçilərin çoxu məzuniyyətdədir. Kim məzuniyyətdə deyilsə, işə gəlir. İş davam edir, hamı maska ilə içəri daxil olur. İnstitutun işçisi olmayan şəxslərin buraya daxil olması qadağandır".
"Hər gün iş bitdikdən sonra institutda dezinfeksiya işləri aparılır", - deyə məlumatda qeyd edilib.
İlhamə Əbülfət
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb