Azərbaycanda alternativ enerji istehsalı artıb
2020-ci ilin yanvar-may aylarında Azərbaycanda istilik elektrik stansiyalarında elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 200,8 milyon kilovatt/saat artaraq 10 095,6 milyon kilovatt/saat təşkil edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Energetika Nazirliyinin hesabatına əsasən su elektrik stansiyalarında istehsal 150,5 milyon kilovatt/saat azalaraq 549,0 milyon kilovatt/saata bərabər olub.
Digər mənbələr (külək elektrik stansiyaları, günəş elektrik stansiyaları və Bərk məişət tullantılarının yandırılması zavodu) üzrə istehsal 0,7 milyon kilovatt/saat artaraq 151,9 milyon kilovatt/saat olub.
Külək elektrik stansiyalarında 45,1 milyon kilovatt/saat, Günəş elektrik stansiyalarında 18,1 milyon kilovatt/saat, Bərk məişət tullantılarının yandırılması zavodunda 88,7 milyon kilovatt/saat elektrik enerjisi istehsal edilib.
2020-ci ilin 5 ayında elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 9 650,6 milyon kilovatt/saat (İES-lərdə 9 186,2 milyon kilovatt/saat, SES-lərdə 464,4 milyon kilovatt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 155,8 milyon kilovatt/saat (İES-lərdə 65,2 milyon kilovatt/saat, SES-lərdə 75,1 milyon kilovatt/saat, Günəş ES-də 15,5 milyon kilovatt/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 990,1 milyon kilovatt/saat təşkil edib.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 24,2 milyard kilovatt/saat elektrik enerjisi istehsal olunub. Bu, 2018-ci illə müqayisədə 4,3 faiz çox olub.
Milli.Az /news.milli.az
Xidmetler [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar