Azərbaycanda anemiya xəstəsi olan uşaqların sayı AÇIQLANDI
Azərbaycanda qan azlığından əziyyət çəkən uşaqların sayı açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Ana və uşaq sektorunun məsləhətçisi Aynurə Zeynalova məlumat verib.
O, ölkədə ötən il üçün ilk dəfə anemiyadan əziyyət çəkən 0-13 yaş arasında 21 986 nəfərin dispanser qeydiyyatına alındığını bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, bu göstərici 2020-ci illə müqayisədə artıqdır: "Həmin ildə qeydiyyata alınanların sayı 20 mindən az olub".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə dünya əhalisinin 30 %-i, məktəbəqədər uşaqların isə 40 %-i anemiyadan əziyyət çəkir."Vaxtından əvvəl doğulan və doğum çəkisi az olan uşaqlarda anemiya müşahidə olunur".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.
O bildirib ki, ana bətnində kifayət qədər qala bilmədiklərinə görə belə uşaqlarda qanazlığı müşahidə olunur.
"Bəzən yenidoğulmuş vaxtında doğulsa da, onda fizioloji anemiya müşahidə edilə bilər. 8 həftədən 2 aya qədər anemiya davam edə bilər. Əsas səbəb ana bətnində uşağın hemoqlobinin fərqli struktura mail olması, doğulandan sonra dəyişməsidir. Bu dövrdə eritrositləri formalaşdıran maddə yüksək olur. Doğulandan sonra isə eritrositləri formalaşdıran maddə normadan aşağı olur və bu zaman problem yaranır. Bir də yeniyetməlik dövründə uşaqlarda anemiya olur. Çünki bu dövrdə uşaqlarda sürətli döyümə gedir və dəmir depoları kifayət qədər olmur".
Həkim, həmçinin bildirib ki, ÜST-nin məlumatına görə, dünyada 30 faiz əhali, xüsusilə də məkəbəqədər uşaqların 40 faizi qanazlığından əziyyət çəkir.
Statistikaya görə, 0-13 yaşarası uşaqlar arasında qanazlığı müşahidə olunur. Ölkədə ötən il üçün ilk dəfə anemiyadan əziyyət çəkən 0-13 yaş arasında 21 986 nəfər dispanser qeydiyyatına alınıb. Bu göstərici 2020-ci illə müqayisədə artıb. Həmin ildə qeydiyyata alınanların sayı 19 662 nəfər olub.
Qanazlığının əlamətlərinə gəlincə isə, E. Rəhimov əlavə edib ki, bura halsızlıq, iştah azlığı, rəng solğuluğu, baş gicəllənmələri, idmanla məşğul olmaq istəməmək, tez-tez nəfəs alma və digər əlamətlərdir. Getdikcə ağırlaşmalar artır və anemiya dərinləşir. Hətta bayılmalara qədər gətirib çıxarır. Bunun üçün həkimə müraciət olunmalı və müalicə olunmalıdır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto