İnsanlar yeni tikililərdə niyə daha çox xəstələnirlər?
"Yeni tikililərdə xəstəliklərin artması müasir tikinti və bəzək materiallarından yaranan kimyəvi maddələrin kompleks təsiri ilə əlaqəli ola bilər".
KONKRET.azxəbər verir ki, bunu Gazeta.ru-ya kimyaçı Andrey Doroxov deyib.
Onun sözlərinə görə, bu materialların bir çoxunun tərkibində formaldehid, benzol, toluol və ksilen kimi uçucu üzvi birləşmələr var, onlar təmir başa çatdıqdan sonra aylar ərzində havaya buxarlanır:
"Bu birləşmələr tənəffüs yollarının selikli qişasını qıcıqlandırır, immuniteti aşağı salır və orqanizmi viruslara və bakteriyalara qarşı daha həssas edir. Bundan əlavə, onların bəziləri kumulyativ təsirə malikdir, onlar toxumalarda toplanır və immun sisteminin fəaliyyətini pozur".
Ekspert əlavə edib ki, digər risk amili yeni evlərdəki yüksək rütubətdir.
A.Doroxov, həmçinin qeyd edib ki, yeni binalarda adətən PVC-dən hazırlanmış plastik pəncərələr və qapılar quraşdırılır, bu da ftalatlar buraxa bilər:
"Tədqiqatlar göstərir ki, ftalatlar immunotoksik təsirə malikdir və orqanizmin infeksiyalara qarşı müqavimətini azaldır".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan