Azərbaycanda arvadını və qaynını güllələyərək öldürən şəxslə bağlı QƏRAR VERİLDİ

Azərbaycanda arvadını və qaynını güllələyərək öldürən şəxslə bağlı QƏRAR VERİLDİLənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sərvan Ağayevin cinayət işi üzrə ibtidia istintaq başa çatıb.
Azxeber.com "report"a istinadən xəbər verir ki, sonuncu məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən, S.Ağayev ömürlük azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2020-ci ilin fevral ayının 26-da saat 13 radələrində Masallı rayonunun Təzəkənd kənd sakinləri - 1999-cu il təvəllüdlü Alimə Nəbiyeva və qardaşı, 1995-ci il təvəllüdlü Miralim Nəbiyevin evdə meyitlərinin aşkar olunması, onların anası 1977-ci il təvəllüdlü Zenfira Nəbiyevanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi, hadisə yerindən bir qədər aralıda isə 1988-ci il təvəllüdlü S.Ağayevin odlu silah yaraları ilə aşkar olunması barədə rayon prokurorluğuna daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün ailə-məişət münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı əvvəllər məhkum olunmuş S.Ağayev yaşadığı evdən cehiz əşyalarını götürmək məqsədi ilə ora gələn keçmiş həyat yoldaşı A.Nəbiyevanı, qaynanası Z.Nəbiyevanı və qaynı M.Nəbiyevi ov tüfəngi ilə güllələyib.
Nəticədə A.Nəbiyeva və M.Nəbiyev hadisə yerində ölüb, Z.Nəbiyeva isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə yerindən təxminən 2 km kənarda isə S.Ağayevin odlu silahdan özünə xəsarət yetirdiyi məlum olub və o, rаyon mərkəzi xəstəxаnаsınа çаtdırılıb.
Hadisə yerinə baxış zamanı 2 ədəd nömrələri silinən ov tüfəngləri, xeyli sаydа patronlar və boş gilizlər aşkar edilərək götürülüb, iş üzrə zəruri ekspertizalar təyin edilib, eləcə də digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.
Daha sonra S.Ağayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq, baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sosial       Tarix: 18 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər 2026 sou xeberler bugun dunya xeberleri sou biznes