Azərbaycanda "Audiokitab" layihəsi təqdim olundu - FOTO

Azərbaycanda "Audiokitab" layihəsi təqdim olundu - FOTOAzərbaycanda "Audiokitab" layihəsi təqdim olundu - FOTO
Dünyada audiokitablara maraq gündən-günə artır. Müasir texnologiyanın inkişaf etdiyi dövrümüzdə ənənəvi kitablardan fərqli olaraq, insanlar səsli kitaba daha çox üstünlük verirlər. Bunun səbəbi vaxt itkisi olmadan maraqlı kitablarla tanışlıqdır. Azərbaycanda bu sahədə daha əvvəl kiçik miqyasda müəyyən təşəbbüslər var idi. Ancaq indi yeni yaranan "Audiokitab" layihəsi bu sahədə olan boşluğun doldurulmasına istiqamətlənib.
Layihə Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində 1000-dən çox kitab səsləndirilib.
"Audiokitab" yeni texnologiyalar vasitəsilə insanların klassik, müasir Azərbaycan və dünya yazıçıları, onların əsərləri haqqında məlumatlandırılması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə dair layihədir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Audiokitab" layihəsinin təqdimatı keçirilib. Təqdimatda layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov, yaradıcı heyət Zülfiyyə Eldarqızı (sənətşünaslıq üzrə fəlsəfə doktoru), Mahir Mirişli, Əhliman Ərşadlı, Rafiq Şahbazov (audioredaktor), eləcə də, ADMİU-nun fəal tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə ADMİU-nin prorektoru filologiya elmləri doktoru, professor Gülşən Əliyeva açıb. O, qonaqları salamladıqdan sonra, audiokitabın bugünkü gəncliyin həyatında önəmli bir yer tutacağını vurğulayıb.
Daha sonra layihə rəhbəri Həsən Həsənov çıxış edib. O çıxışı zamanı "Audiokitab"da klassik və müasir Azərbaycan ədəbiyyatı, dərs vəsaitləri, elmi kitablar və mühazirələr, şifahi xalq yaradıcılığı və xarici ədəbiyyat nümunələrinin öz əksini tapdığını qeyd edib.
Mərasimdə Zülfiyyə Eldarqızının, Mahir Mirişlinin, Əhliman Ərşadlının səsləndirdiyi parçalar tələbələr tərəfindən maraqla qarşılanıb.
Tətbiqi "İOS" və "Android" sistemli telefonlara yükləmək mümkündür.
Azərbaycanda "Audiokitab" layihəsi təqdim olundu - FOTOAzərbaycanda "Audiokitab" layihəsi təqdim olundu - FOTOAzərbaycanda "Audiokitab" layihəsi təqdim olundu - FOTOAzərbaycanda "Audiokitab" layihəsi təqdim olundu - FOTOAzərbaycanda "Audiokitab" layihəsi təqdim olundu - FOTOAzərbaycanda "Audiokitab" layihəsi təqdim olundu - FOTOAzərbaycanda "Audiokitab" layihəsi təqdim olundu - FOTOAzərbaycanda "Audiokitab" layihəsi təqdim olundu - FOTOAzərbaycanda "Audiokitab" layihəsi təqdim olundu - FOTO

Sosial       Tarix: 12 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun en son xeberleri xeber cəbhədən son vəziyyət