Azərbaycanda avtomobil benzininin istehsalı artıb
Azərbaycanda 2020-ci ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 539,1 milyon manat olmaqla əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 11,3 faiz artıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, neft məhsullarından sürtkü yağlarının istehsalı 2,2 dəfə, yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumunun istehsalı 24,3 faiz, avtomobil benzininin istehsalı 15,1 faiz, dizel yanacağının istehsalı 9,5 faiz artıb, neft koksunun istehsalı 1,2 faiz, ağ neftin istehsalı 3,3 faiz, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,9 faiz azalıb.
Qeyd olunan müddət ərzində kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 184,7 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 19,5 faiz, əczaçılıq məhsullarının istehsalında 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 3,6 faiz artıb.
Əsas kimya məhsullarından metanol istehsalı 34,4 faiz, propilen istehsalı 17,9 faiz, etilen istehsalı 16,1 faiz artıb. Rezin və plastik kütlə məmulatlarından plastik boruların istehsalı 6,0 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,1 dəfə artıb.
Milli.Az /news.milli.az

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT